Mübariz Mənsimov daha 6 yeni gəmi alıb - "Palmali"ni genişləndirdi - FOTOLAR
Azərbaycanlı iş adamı və xeyriyyəçi Mübariz Mənsimovun rəhbərlik etdiyi "Palmali Holding" daha 6 gəmi alaraq, öz donanmasının sıralarını genişləndirib.
FED.az şirkətə istinadən xəbər verir ki, yeni gəmilərə Qarabağ şəhidlərinin adı veriləcək. "Mübariz Mənsimovun göstərişinə əsasən, Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşlarda şəhid olmuş hərbçilərin adlarını daşıyacaq yeni gəmilər yaxın vaxtlarda İstanbul limanlarına gətiriləcək və adları dəyişdiriləndən sonra yeni səfərlərinə çıxacaq"=-deyə məlumatda bildirilir.
Gəmilər quru yük və neft daşımalarında istifadə olunacaq.
Qeyd edək ki, bir neçə gün sonra "Palmali"nin daha bir tankerinə 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş, Xüsusi Təyinatlı Qüvvələrinin əfsanəvi döyüşçüsü Pəncəli Teymurovun adının verilməsi ilə bağlı təntənəli mərasim keçiriləcək. Xatırladaq ki, 2 sentyabrda 44 gün davam edən Vətən müharibəsi zamanı qəhrəmanlığı və şücaəti ilə seçilən, Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan mayor Malik Əliyevin adını daşıyan tanker ilk yükünü almaq məqsədilə Rumıniyanın Konstansa şəhərinə yola salınıb.
Sentyabrın 30-dan etibarən "Palmali" ailəsi Vətən müharibəsində canından keçmiş daha şəhidin - Mətin Ramiz oğlu Hüseynovuun adını daşıyan tankerlə dünya sularında təmsil olunur. Tədbirdə şəhidin valideynləri də iştirak ediblər.
Mübariz Mənsimov "Palmali" donanmasına daxil olan bütün gəmilərə şəhidlərin adlarının veriləcəyini bəyan edib. Bu təşəbbüsün reallaşdırılması nəticəsində indiyə qədər "Palmali" tankerlərinə Azərbaycanın Milli Qəhrəmanları Polad Həşimovla Mübariz İbrahimovun, o cümlədən və Vətən müharibəsinin qəhrəman şəhidləri Adil İbrahimlinin, Xudayar Yusifzadənin, Cəbrayıl Dövlətzadənin, İman və Bəhram Məmmədzadələr qardaşlarının adları verilib.

Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Azərbaycanda işləyən şirkətlərin çoxu qazandığı pulu yenidən yatırım edir - Mikayıl Cabbarov
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Biznes qurmaq üçün nə lazımdır?
Evdə biznes qurmağın yolları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Marketinq nə demədir?
İnvestisiyanın necə cəlb etmək olar?