"Muğan Bank"ın kreditorları onlayn qaydada qeydiyyatdan keçə biləcəklər

Ləğv prosesində olan "Muğan Bank" ASC-nin kreditorları artıq Kreditorların Elektron Portalı vasitəsilə tələblərini onlayn qaydada qeydiyyatdan keçirə biləcəklər.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Əmanətlərin Sığortalanması Fondundan Marja-ya verilən məlumata görə, ləğv prosesində olan "Muğan Bank" ASC-nin kreditorları axtarış sistemində public.adif.az yazaraq portala "ASAN Login"dən istifadə etməklə daxil ola bilərlər. Portala daxil olan hər bir istifadəçi ləğv prosesində olan "Muğan Bank" ASC-nin "Kreditor qeydiyyatı" bölməsinə daxil olub əlavə olunacaq sənəd və məlumat xanalarını düzgün şəkildə doldurduqdan sonra tələbinin qeydiyyatını tamamlaya bilər. Tələbin qeydiyyatı tamamlandıqdan sonra tələbini qeydiyyatdan keçirən şəxsin mobil telefon nömrəsinə tələbin qeydiyyatının statusu haqqında məlumatı əks etdirən sms daxil olacaq. Habelə tələbin qeydiyyatının statusu barədə məlumat portalın "Sorğularım" bölməsinə daxil olmaqla da əldə edilə bilər. Kreditorlar həftənin 7 günü, günün 24 saatı, heç yerə getmədən, vaxtlarına qənaət edərək onlayn qaydada portala daxil olub ləğv prosesində olan banka qarşı tələblərini qeydiyyatdan keçirə bilərlər.
"Banklar haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır.
Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu bankların ləğv prosesini şəffaf şəkildə həyata keçirmək, ləğv prosesində olan bankların kreditorlarını vaxtında məlumatlandırmaq, kreditorlarla əlaqələri genişləndirmək, habelə onların maraqlarını qorumaq məqsədilə daha öncə Kreditorların Elektron Portalını ərsəyə gətirib və ictimaiyyətə təqdim edib.
Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə "Muğan Bank" ASC müflis elan edilib, iflas proseduruna başlanılıb və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin olunub. 27 oktyabr 2023-cü il tarixdən etibarən ləğv prosesində olan "Muğan Bank" ASC-yə qarşı tələblərin yazılı şəkildə qeydə alınmasına başlanılıb.
Ləğv prosesində olan "Muğan Bank" ASC–nin kreditorlarından 25 dekabr 2023-cü il tarixədək tələblərini Kreditorların Elektron Portalından istifadə etməklə və ya bankın aşağıda qeyd edilmiş ünvanda yerləşən Baş ofisinə yaxınlaşmaqla qeydiyyatdan keçirmələri xahiş olunur.
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 21B.
Əlaqə: (+994) 941. / marja.az

Banklar     Tarix: 30 oktyabr 2023

Oxşar xəbərlər

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri


iqtisadi xeberler bank faizleri dollar məzənnəsi birbank biznes krediti