Muğanbank daha 6 aztəminatlı şəxsə dəstək oldu
®Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında olan həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi istiqamətindəki əməkdaşlıq memorandumuna "Muğanbank" ASC də qoşulmuşdur.
Muğanbank uğurla davam edən özünüməşğulluq proqramına dəstək olaraq Bakı, Sumqayıt şəhərlərində, eləcə də Salyan, Göyçay və Goranboy rayonlarında yaşayan aztəminatlı ailələrə əvəzsiz olaraq avadanlıqların verilməsi istiqamətində fəaliyyətini davam etmişdir.
Avtotəmizləmə xidməti ilə məşğul olan 6 vətəndaş müvafiq avadanlıqlarla təmin edilib. Bununla da, Muğanbank tərəfindən həssas əhali qruplarına dəstək göstərilib, arzularını həyata keçirmək üçün şərait yaradılmışdır.
"Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 22 filialı və 10 şöbəsi keyfiyyətli xidmət göstərir. Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq 933 Məlumat Mərkəzi və ya https://muganbank.az saytı vasitəsilə mümkündür.


/ banker.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
IBAN nədir?
Onlayn biznes növləri
Proqramçılar üçün TOP-5 Freelance sayt
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Cash Back nədir?