Muğanbank daha 6 aztəminatlı şəxsə dəstək oldu
(®) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında olan həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi istiqamətindəki əməkdaşlıq memorandumuna "Muğanbank" ASC də qoşulmuşdur.
Muğanbank uğurla davam edən özünüməşğulluq proqramına dəstək olaraq Bakı, Sumqayıt şəhərlərində, eləcə də Salyan, Göyçay və Goranboy rayonlarında yaşayan aztəminatlı ailələrə əvəzsiz olaraq avadanlıqların verilməsi istiqamətində fəaliyyətini davam etmişdir.
Avtotəmizləmə xidməti ilə məşğul olan 6 vətəndaş müvafiq avadanlıqlarla təmin edilib. Bununla da, Muğanbank tərəfindən həssas əhali qruplarına dəstək göstərilib, arzularını həyata keçirmək üçün şərait yaradılmışdır.
"Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 22 filialı və 10 şöbəsi keyfiyyətli xidmət göstərir. Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq 933 Məlumat Mərkəzi və ya https://muganbank.az saytı vasitəsilə mümkündür.


/ marja.az

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif
"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub
"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək – istiqraz məsələsi gündəmdə
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
AMB maliyyə qruplarına da nəzarət edəcək
"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®
Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Necə Bitcoin almaq olar?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?