"Muğanbank"ın ləğvedicisi müəyyənləşib
Azərbaycanda Əmanətlərin Sığortalanması Fondu (ƏSF) "Muğanbank" ASC-nin ləğvedicisi təyin edilib.
Bu barədə Fonddan bildirilib.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 %-dən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə "Banklar haqqında" qanuna əsasən "Muğanbank" ASC-nin lisenziyası oktyabrın 19-dan etibarən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.
Bakı Apellyasiya Məhkəməsinin oktyabrın 24-də 2-3(103)-54/2023 saylı qərarı ilə "Muğanbank" ASC müflis elan edilib və iflas proseduruna başlanılıb. / banker.az

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Startup nədir və necə olur?
Biznes qurmaq üçün nə lazımdır?
Dünyanın ən varlı 10 müğənnisi
Biznes qurmaq istəyənlərə 10 məsləhət
IMEI kod nədir?