Mühasiblərin diqqətinə: sığorta ödənişlərinizi artıq bu qaydada edə bilərsiniz
(®) Ötən aylarda məlumat verildiyi kimi, 2024-cü ilin 10 yanvar tarixindən Hökümət Ödəniş Portalı (HÖP) veb saytı və mobil tətbiqi artıq fəaliyyətini dayandıracaq. Qeyd edilib ki, ölkədə fəaliyyət göstərən bütün bankların, həmçinin bir çox bank olmayan ödəniş xidməti təchizatçılarının internet və mobil bankçılıq həlləri Hökumət Ödəniş Portalına (HÖP) inteqrasiya edilib. Sözügedən qərar HÖP-ə inteqrasiya olunmuş bütün xidmət təşkilatları üzrə ödənişlərin bu platformalardan aparılması imkanının olmasını nəzərə alaraq verilib.
Bəs HÖP-ün ləğvindən sonra müştərilər büdcə ödənişlərini, xüsusilə də icbari sığorta haqqları ödənişlərini daha rahat və sistemli şəkildə necə edə bilər?
Müştərisi olduğunuz bankın İnternet bankçılıq sistemi və ya mobil tətbiqi vasitəsilə.
İnternet Banka daxil olduqdan sonra, müvafiq menyuda HÖP hissəsinə klik edirsiniz. Açılan pəncərədə "Büdcə ödənişləri"-ni seçərək, davam edirsiniz və növbəti səhifədə İcbari Sığorta Bürosu seçimini edirsiniz. Burada sənəd nömrəsi və ya VÖEN üzrə axtarış edərək, ödəniş etmək istədiyiniz müqaviləni tapa bilərsiniz. Ödənişləriniz elektron imza (ASAN İmza, SİMA) vasitəsilə imzaladıqdan sonra uğurlu ödənişlə bağlı bildiriş əldə edəcəksiniz.
Qeyd edək ki, sığorta ödənişlərinin gecikdirilməsi şirkətin 5000 AZN cərimə olunmasına səbəb ola bilər. İcbari Həyat Sığortası ilə bağlı daha ətraflı məlumat almaq üçün 012 942 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Biznes planı necə yazmaq lazımdır?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?