MÜSİAD Azərbaycan və Rabitəbank İslam Bankçılığı istiqamətində əməkdaşlıq memorandumu imzalanıb

MÜSİAD Azərbaycan və Rabitəbank İslam Bankçılığı istiqamətində əməkdaşlıq memorandumu imzalanıb®MÜSİAD Azərbaycan və Rabitəbank rəhbərliyi birgə əməkdaşlıq çərçivəsində memorandum (MOU) imzalayıb.
Görüşdə MÜSİAD Azərbaycanın sədri Rəşad Cabirli və idarə heyəti, MÜSİAD Azərbaycanın üzvləri, Rabitəbankın rəhbərliyi, o cümlədən, Müşahidə Şurasının sədri Zakir Nuriyev və İdarə Heyəti sədrinin 1-ci müavini Orhan Gültekin iştirak edib.
Tədbirin açılışında MÜSİAD Azərbaycanın sədri Rəşad Cabirli, Rabitəbankla olan əməkdaşlığın genişləndirilməsi niyyətini vurğulayaraq, gələcəkdə daha çox əməkdaşlıqlara birgə imza atacaqlarına inandıqlarını qeyd edib.
Rabitəbankın Müşahidə Şurasının sədri Zakir Nuriyev çıxışı zamanı İslam bankçılığı fəaliyyəti və inkişafından danışaraq, xarici investisiyaların cəlb olunması ilə bağlı ölkədə sahibkarlığın inkişafının artırılmasına diqqət çəkib. O, "İslam Bankçılığı üzrə xarici investisiyaların cəlb olunması, sahibkarlığın inkişafının artırılması ehtiyaclarını qarşılamaq çox vacibdir," – deyə bildirib.
Rabitəbankın İdarə Heyəti sədrinin 1-ci müavini Orhan Gültekin çıxışı zamanı , Rabitəbankın 32 ildən çoxdur müştərilərinə geniş çeşiddə maliyyə xidmətləri təqdim etdiyini bildirib. O, qeyd edib ki, bu gün ölkədə ilk dəfə olaraq qlobal miqyasda geniş yayılan İslam Bankçılığının təməlləri qoyulub. Bu prosesdə İslam İnkişaf Bankı (IDB) və Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) kimi qurumlardan lazım olan rəsmi icazələr alınıb. Bank bu maliyyə alətlərini müştərilərinə təqdim etməyə davam edəcək.
Tədbirin əsas məqsədi İslam Bankçılığının Azərbaycanın maliyyə sektorunda tətbiqinin genişləndirilməsi, MÜSİAD Azərbaycanın üzvlərinin maliyyə imkanlarını artırmaq və İslam maliyyəsinin ölkədən kənarda daha geniş əhatə olunmasına təkan vermək olub.
İslam Bankçılığının Azərbaycanda inkişafı, sahibkarların yeni maliyyə həllərinə çıxışı, Rabitəbankın hədəfləri və işlərə şəffaf yanaşması geniş işıqlandırılan tədbirin yekununda bütün iştirakçılara təşəkkür edilib / banker.az

Banklar     Tarix: 24 yanvar 2025

Oxşar xəbərlər

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler investisiya bu gunun xeberleri 1000 manatla biznes birbank