Müştərilərə xəbərdarlıq: Bank dələduzluğunun növbəti üsulu aşkarlanıb
Azərbaycan Banklar Assosiasiyası (ABA) bank xidmətlərinin göstərilməsi sahəsində dələduzluq hallarına qarşı mübarizə tədbirlərini və bu sahədə ictimaiyyətin daimi əsasda məlumatlandırılmasını diqqət mərkəzində saxlamaqdadır.
ABA nəzdində fəaliyyət göstərən müvafiq Ekspert Qrupu tərəfindən aparılan təhlillər nəticəsində müəyyən edilmişdir ki, bank müştərilərinə aid məlumatlar dələduzlar tərəfindən yeni üsuldan istifadə edilərək müxtəlif formalarda faydalanılır.
Belə ki, dələduzlar tərəfindən bankların çağrı mərkəzlərinin telefon nömrələrinə (adətən 3 rəqəmli) oxşar nömrələrdən bank müştərilərinə kredit məhsullarının təklifləri ilə bağlı zənglər olunur. Bu əsasda bank adından çıxış edən dələduzlar yeni kredit məhsulunun təklifi adı altında müştəriyə aid müxtəlif məlumatları əldə edərək sonradan şəxsi mənafeyləri naminə istifadə edirlər.
Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Banklar Assosiasiyası bir daha xəbərdarlıq edir ki, bank hesablarına və bank kartlarına sahib olan şəxslər bu kimi dələduzluq hallarına qarşı sayıq və ehtiyatlı olmalı, fərdi və ödəniş kartlarına dair məlumatları heç bir halda üçüncü şəxslərə təqdim etməməlidirlər.
Bu növ dələduzluq halları ilə qarşılaşdığınız təqdirdə dərhal müştərisi olduğunuz bankla əlaqə saxlamağınızı xahiş edirik. / banker.az

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Green Card nədir və onu necə əldə etmək olar?
Yatırım olmadan necə biznes qurmaq olar?
Dünyanın ən çox maaş verən şirkətləri
Cash Back nədir?
Amazonda satış etmək üçün bilməli olduqlarınız