"Nağdsız ödənişlərdə banklar arasında güclü rəqabət var"
"Nağdsız ödənişlərlə bağlı banklar arasında güclü rəqabət var".
Bunu açıqlamasında "Yelo Bank"ın İdarə Heyəti sədrinin müavini Günay Cəlilova deyib. O bildirib ki, Azərbaycanda nağdsız ödənişlər sürətlə artır.
"Bu ilin birinci yarımilində onlayn tranzaksiyaların sayı 188 milyondur, bu isə ötən ilin eyni dövründən 100 milyon çoxdur. Nağdsız ödənişlər məbləğ olaraq isə bu ilin birinci yarısında 2 dəfə artıb. Banklar da çalışır ki, bu ödənişləri daha da stimullaşdırsın. Bu istiqamətdə banklar arasında güclü rəqabət var. Banklar daha çox kəşbeklər, hesab qalığına müəyyən faizlər təklif edir. "ƏDV Geri Al" ən böyük stimullaşdırıcılardan biridir", – deyə İdarə Heyəti sədrinin müavini əlavə edib.
G. Cəlilova onu da qeyd edib ki, qlobal trendlər də bank sektorunu bu sahədə yeniliklər tətbiq etməyə məcbur edir. "Buna "Apple Pay", "Google Pay", QR kod ödənişləri, sosial şəbəkələrdən pul köçürülməsi ilə bağlı inteqrasiyaları aid etmək olar. Azərbaycanda say baxımından "Google Pay" üzərindən istifadə çox olsa da, ödənişlərin həcminə görə "Apple Pay" liderdir" . / banker.az

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Dünyanın ən bahalı restoranları
Onlayn biznes ideyaları
Biznes nədir?
Biznes təlimlər və tədris üsulları
"iPhone 15" modelinin üstünlükləri