"Naxçıvanbank"ın kredit portfelinin böyük hissəsini əldə etmişik"
"Kapital Bank" ASC "Naxçıvanbank" ASC-nin kredit portfelinin böyük hissəsini əldə edib. İndiyədək əldə edilmiş portfelin cəmi məbləği təxminən 184 milyon manatdır.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Marja.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında "Kapital Bank" ASC-nin İdarə Heyətinin sədri, Baş İcraçı direktoru Fərid Hüseynov bildirib.
Bankın Sədri vurğulayıb ki, kredit portfelinin əldə edilməsi kredit müştərilərinə də rahatlıq yaradacaq:
"Mən "Naxçıvanbank"ın taleyilə bağlı məsələni şərh etmək istəməzdim. Biz "Naxçıvanbank"ın nə depozit portfelini, nə də səhmlərini almırıq. Lakin, həm "Kapital Bank", həm də "Naxçıvanbank" üçün bir fürsət idi: Biz "Naxçıvanbank"ın kredit portfelinin böyük hissəsini əldə etmişik. Ötən ilin sonuna əldə edilmiş məbləğ 62 milyon manat olmuşdu. O vaxt yalnız istehlak kreditləri portfeli idi. Toplam isə, bu günədək 184 milyon manata yaxın kredit portfeli "Kapital Bank"a ötürülüb. Onun 84,5 milyon manatı korporativ kreditlər portfeli, digəri isə qeyri-korporativ kreditlər portfelidir. Əqd artıq bağlanılıb. Bu, bütün tərəflər üçün – həm "KapitalBank" üçün, həm "Naxçıvanbank" üçün, həm də müştərilər üçün rahatlıq yaradacaq".
Qeyd edək ki, "Naxçıvanbank" ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi məsələsinin də gündəmdə olduğu açıqlanıb.
Banklarda ən sərfəli manatla əmanətlər – Noyabr 2026
olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün manat ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq əmanətlər üzrə ən yüksək illik faiz dərəcəsini 10.5% təklif edilir. Bankların manatla depozi
AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®
AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr – Zəfər Günü ərəfəsind
"Bank Respublika" mühüm təyinat baş tutub
"Bank Respublika" ASC-də yeni kadr təyinatı olub. xəbər verir ki, Cəfər Həmidov bankın baş texnologiya direktoru (CTO) vəzifəsinə təyin edilib. O, 2026-cı ilin oktyabrından etibarən yeni vəzifəsinin icrasına başlayıb
"Qala Həyat"ın ödənişləri 76% artıb
"Qala Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 7 milyon 879 min 869 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 79 min 292 manat və ya 1% çoxdur. Ötən ilin doqqu