"Naxçıvanbank"ın maliyyə vəziyyəti məlum oldu

"Naxçıvanbank" ASC 2023-cü ili 13 milyon 130 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 13 milyon 54 min manat xalis mənfəət ilə bağlamışdı. Ötən il "Naxçıvanbank"ın xalis mənfəəti 76 min manat artıb.
CƏMİ GƏLİRLƏRİ ARTIB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Marja.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2023-cü ildə "Naxçıvanbank" ASC cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 28 milyon 83 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 12 milyon 952 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 15 milyon 130 min manat təşkil edib. Eyni zamanda, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan 1 milyon 534 min manat qayıdıb və Bankın mənfəəti 16 milyon 665 min manata yüksəlib. Bank mənfəətindən 3 milyon 535 min manat mənfəət vergisi ödəyib. 
2022-ci ildə "Naxçıvanbank" ASC  cəmi əməliyyat gəlirləri 27 milyon 101 min manat, cəmi əməliyyat xərcləri 9 milyon 974 min manat, əməliyyat mənfəəti 17 milyon 126 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 633 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyata ayırmış, 3 milyon 439 min manat mənfəət vergisi ödəmişdi. 
Beləliklə, ötən il "Naxçıvanbank" ASC-nin əməliyyat gəlirlərinin 982 min manat artmasına qarşı, əməliyyat xərcləri 2 milyon 978 min manat artıb. Nəticədə, Bankın əməliyyat mənfəəti 1 milyon 996 min manat azalıb. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan ayrılan vəsait bu azalmanı bağlayıb. 
31 dekabr 2023-cü il tarixində "Naxçıvanbank" ASC 206 milyon 208 min manat cəmi aktivlərə, o cümlədən 130 milyon 719 min manat kredit portfelinə (müştərilərə verilən kreditlər), 63 milyon 418 min manat depozit portflelinə malik olub. Bank 2022-ci ili sonunda 346 milyon 462 min manat cəmi aktivlərə, 173 milyon 623 min manat kredit portfelinə, 155 milyon 416 min manat depozit portfelinə malik idi. Ötən il "Naxçıvanbank"ən cəmi aktivləri 140 milyon 255 min manat, kredit portfeli 42 milyon 905 min manat, depozit portfeli 91 milyon 998 min manat azalıb. 
Keçən il "Naxçıvanbank"ın qiymətli kağızlara investisiyaları 64 milyon 757 min manat azalaraq 17 milyon 719 min manata geriləyib.
31 dekabr 2023-cü il tarixində "Naxçıvanbank" ASC 50 milyon 997 min manat məcmu kapitala malik olub. Bank 2022-ci ilin sonunda 102 milyon 564 min manat məcmu kapitala malik idi. Ötən il Bankın nizamnamə kapitalı isə 50 milyon manat azalaraq 94 milyon manatdan 44 milyon manata düşüb.
Qeyd edək ki, "Naxçıvanbank" ASC-nin aktivlərində və məcmu kapitalındakı azalma ötən il Bankın portfelinin bir hissəsinin "Kapital Bank"a ötürülməsilə əlaqədardır. 

Banklar     Tarix: 13 yanvar 2024

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz


iqtisadi xeberler depozit faizleri valyuta mezennesi leobank kart kicik biznes