Naxçıvanda büdcəyə yığılan vergi 29 faiz artıb
2023-cü ilin 11 ayında Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 150,4 milyon manatdan çox vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 29 faiz və ya 34,1 milyon manat çoxdur.
Marja.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Qeyd edilib ki. Naxçıvan MR DVX-də qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 36 faiz və ya 38,6 milyon manat artıb.
Naxçıvanda sosial sığorta haqları üzrə daxilolmalar 12.2 faiz artıb
Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin yanvar-noyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 132,1 milyon manatdan çox olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz və ya 14,4 milyon manat çoxdur. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2022-ci ilin eyni dövrünə nisbətən 21,3 faiz artaraq 39,9 milyon manat təşkil edib.
2023-cü ilin 11 ayında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 16,5 faiz artaraq 3,5 milyon manatdan çox olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 21,9 milyon manatdan çox olmaqla, ötən ilin eyni dövrünə nisbətən 5,8 faiz artıb.

Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
Biznes planı necə yazmaq lazımdır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
1000 manatla hansı biznesi qurmaq olar?
Françayzinq nədir və necə olur?
Marketinq nə demədir?