Naxçıvanda iqtisadiyyat naziri əvəzi bölgənin əsas iqtisadi göstəricilərini açıqladı

Naxçıvanda iqtisadiyyat naziri əvəzi bölgənin əsas iqtisadi göstəricilərini açıqladı2023-cü ildə Naxçıvan Muxtar Respublikasında 1 milyard 552 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Bunu yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.
Onun sözlərinə görə, ötən il bölgədə 593,9 milyon manatlıq sənaye məhsulu, 358,4 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub, əhaliyə 34,2 milyon manatlıq informasiya və rabitə xidmətləri, 178,2 milyon manatlıq ödənişli xidmətlər göstərilib.
Nazir əvəzi qeyd edib ki, Naxçıvan iqtisadiyyatında şəffaflığın artması, "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması, biznes fəaliyyətinin leqallaşdırılması vergi daxilolmalarının dinamik artımı ilə nəticələnib: "2023-cü ildə qeyri-dövlət sektorunun büdcə gəlirlərində payı 55,7 %, vergi daxilolmalarında payı isə 62,4 % təşkil edib. Sahibkarlığın sürətli inkişafında önəmli amillərdən biri maliyyə əlcatanlığıdır. Ötən il Sahibkarlığın İnkişafı Fondu 40 investisiya layihəsinə 6,2 milyon manat güzəştli kredit verib. Bunun 84,8 %-i sənaye, 11,7 %-i kənd təsərrüfatı, 3,5 %-i isə xidmət sektoruna yönəldilib. 2023-cü ildə muxtar respublikanın iqtisadiyyatında kiçik və orta biznesin (KOB) dominantlığı xeyli yüksəlib, qeydiyyatda olan KOB subyektlərinin sayı 26 % artıb. İl ərzində burada aylıq əməkhaqqı isə 689 manat təşkil edib".
"Daşınmaz əmlakın şəffaf idarə edilməsi nəticəsində ötən il bağlanmış icarə müqavilələrindən büdcəyə daxilolmalar 7,7 %, daşınmaz əmlak obyekti üzərində hüquqların dövlət qeydiyyatı 43,6 %, dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən daxilolmalar ötən illə müqayisədə 2,2 dəfə artıb.
Muxtar respublikada sahibkarların dövlət satınalmalarında aktiv iştirakı ilə rəqabətlilik təmin edilib. 2023-cü ildə 531-dən çox müsabiqə əsaslı satınalma həyata keçirilib, satınalmalarda ehtimal olunan qiymətin 16 %-nə qənaət olunub", - deyə A.İsmayılov əlavə edib.
"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" barədə danışan nazir müavini bildirib ki, proqramın əsas qayələrindən biri də sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırmaq, azad iqtisadi zona yaradıb Naxçıvanı əsas sərmayə mərkəzi etməkdir.
"Xarici və yerli investorların Naxçıvana səfəri muxtar respublikanın iqtisadi potensialı, investisiya imkanları ilə yaxından tanış olmaları sözsüz ki, yeni investisiyaların yatırılması baxımından təkan rolunu oynayacaq", - deyə A.İsmayılov fikrini tamamlayıb. / marja.az

Maliyyə     Tarix: 26 yanvar 2024

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur


iqtisadi xeberler pul qazanmaq avtomobil xeberleri bank faizleri bu gunun xeberleri