Naxçıvanda vergi ödəyicilərinin sayında sıçrayış - ŞİRKƏTLƏRİN SAYI 32 DƏFƏ ARTIB
Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2 dəfə artıb
2023-cü ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında 4 340 yeni vergi ödəyicisi qeydiyyata alınıb.
Marja.az xəbər verir ki, bunların 89,6 faizi fiziki, 10,4 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2 dəfə, o cümlədən fiziki şəxslərin sayı 1,8 dəfə, hüquqi şəxslərin sayı isə 32 dəfə artıb.
Yanvar-sentyabr aylarında kommersiya qurumlarının 64 faizi elektron qaydada, 36 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.
Naxçıvanda vergi daxilolmaları 35 faiz artıb
Naxçıvan Muxtar Respublikasında vergi daxilolmalarında müsbət dinamika davam edir. 2023-cü ilin 9 ayında MR Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 120,6 milyon manatdan çox vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 35 faiz və ya 31 milyon manat çoxdur. Naxçıvan MR DVX-də qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 42 faiz və ya 35 milyon manat artıb.

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Az pulla hansı işi qurmaq olar?
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes nədir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
İnstaqramda biznes qurmağın yolları