Nazir müavini: Azərbaycan qaz ixracını artırmağa hazırdır
"Azərbaycanın əhəmiyyətli qaz ehtiyatları var və ölkə "mavi" yanacağın ixracını artırmağa hazırdır".
Bunu ADA Unviersitetində keçirilən "Innovative Pathways to a Greener Future: Renewable Energy and Emission Reduction" tədbirində energetika nazirinin müavini Orxan Zeynalov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Avropa və dünya bazarlarına ənənəvi enerji resurslarının strateji təchizatçısı olmaqda davam edir.
Orxan Zeynalov onu da qeyd edib ki, Azərbaycan son dörd il ərzində Avropanın enerji sisteminə dəstəyini artırıb və bunu etməkdə davam edir. Lakin bu dəstəyi daha da artırmaq üçün beynəlxalq institutlar tərəfindən maliyyə dəstəyi və uzunmüddətli kontraktlar lazımdır.
"Azərbaycan böyük qaz ehtiyatlarına malikdir və biz regionun geniş enerji təhlükəsizliyinə töhfə verməyə hazırıq", - nazir müavini vurğulayıb.
O bildirib ki, eyni zamanda ölkədə "yaşıl" enerji sahəsində layihələrə fəal sərmayə qoyulur.
© APA / marja.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Biznes qurmaq istəyənlərə 10 məsləhət
CV hazırlayarkən buraxılan 5 səhv
Ev şəraitində pul qazanmağın yolları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Yatırım olmadan necə biznes qurmaq olar?