Nazirlik dövlət büdcələrinin icrasına dair operativ məlumat yaydı - 1,8 milyard manat artıqlıq yaranıb

Nazirlik dövlət büdcələrinin icrasına dair operativ məlumat yaydı - 1,8 milyard manat artıqlıq yaranıbMaliyyə Nazirliyi 2026-cı ilin I rübü (yanvar-mart) üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumat yayıb.
Marja.az məlumatı təqdim edir.
2026-cı ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9598,6 milyon manat, xərcləri 7817,1 milyon manat olub, 1781,5 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.
Dövlət büdcəsinin gəlirləri
2026-cı ilin I rübü üzrə dövlət büdcəsinin gəlirləri 9140,1 milyon manat proqnoza qarşı 9598,6 milyon manat və yaxud 458,5 milyon manat (5 faiz) çox icra edilib. Bu cari ilin dövlət büdcəsinin illik proqnozlaşdırılan gəlirlərinin 24,9 faizinə bərabərdir.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 7,7 faiz çox icra edilməklə 6388,6 milyon manat təşkil edib.
Dövlət büdcəsinin gəlirlərinin 4702,0 milyon manatı və ya 49,0 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 3210,0 milyon manatı və ya 33,4 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 1410,1 milyon manatı və ya 14,7 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 163,5 milyon manatı və ya 1,7 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 13,8 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 99,2 milyon manatı və ya 1,1 faizi sair daxilolmaların payına düşür.
2026-cı ilin I rübündə dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnoza nisbətən vergi orqanlarının xətti ilə 472,5 milyon manat və ya 11,2 faiz, gömrük orqanlarının xətti ilə 5,1 milyon manat və ya 0,4 faiz çox, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə proqnozlaşdırılan səviyyədə, digər daxilolmalar üzrə 19,1 milyon manat və ya 6,5 faiz az icra edilib.
Dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 2026-cı ilin I rübü üzrə dövlət büdcəsinin ümumi daxilolmalarının 57,7 faizini təşkil etməklə 5533,7 milyon manat olub ki, bu da proqnozla müqayisədə 446,1 milyon manat və ya 8,8 faiz çoxdur.
Cari ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 69,5 faizini və ya 3847,1 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 25,5 faizini və ya 1410,1 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 3,0 faizini və ya 163,5 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar, 1,8 faizini və ya 99,2 milyon manatını sair daxilolmalar, 0,2 faizini və ya 13,8 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar təşkil edir.
Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4064,9 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 12,4 milyon manat və ya 0,3 faiz çoxdur 
2026-cı ilin I rübündə dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 21,0 faizi və ya 854,9 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 79,0 faizi və ya 3210,0 milyon manatı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür.
Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 48,8 faizi və ya 417,4 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər və digər ödənişlər üzrə, 37,4 faizi və ya 319,5 milyon manatı Şahdəniz yatağı üzrə mənfəət vergisi, 13,8 faizi və ya 118,0 milyon manatı Azəri-Çıraq-Günəşli yatağı üzrə mənfəət vergisi hesabına olub.
Dövlət büdcəsinin xərcləri
Cari ilin I rübündə dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədən əməkhaqları, müavinətlər, pensiyalar, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası,dövlət proqramları və məqsədli tədbirlərin, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə təşkilatlarının və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilib.
2026-cı ilin I rübündə dövlət büdcəsinin xərcləri 7817,1 milyon manat məbləğində icra edilməklə illik proqnozlaşdırılan dövlət büdcəsi xərclərinin 18,7 faizinə bərabər olub.
Cari ilin I rübündə dövlət büdcəsi xərclərinin 5762,5 milyon manatı və ya 73,7 faizi cari xərclərə, 1530,4 milyon manatı və ya 19,6 faizi əsaslı xərclərə, 524,2 milyon manatı və ya 6,7 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə sərf edilib.
Bu ilin I rübündə dövlət büdcəsi xərclərinin 54,1 faizi və ya 4227,8 milyon manatı  sosialyönlü xərclərin (büdcə xərclərinin əməyin ödənişi fondu, qida məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər) maliyyələşdirilməsinə yönəldilib.
Dövlət büdcəsinin funksional təsnifatı üzrə xərclərin icrası: 2026-cı ilin I rübündə funksional təsnifata uyğun olaraq sosial müdafiə və sosial təminat xərcləri 1315,8 milyon manat, kənd təsərrüfatı xərcləri 308,7 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 1206,8 milyon manat, təhsil xərcləri 1013,7 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərclər 654,8 milyon manat, səhiyyə xərcləri 366,6 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 105,0 milyon manat, iqtisadi fəaliyyət xərcləri 1231,4 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 1288,5 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 47,5 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 55,1 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərclər 223,2 milyon manat icra edilib.
Dövlət büdcəsinin iqtisadi təsnifatı üzrə xərclərin icrası: 2026-cı ilin birinci rübündə iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi xərcləri 2458,2 milyon manat, qeyri-maliyyə aktivləri 1492,1 milyon manat, malların (işlərin və xidmətlərin) satınalınması xərcləri 1143,7 milyon manat, qrantlar və digər ödənişlər 1015,3 milyon manat, sosial ödənişlər 804,1 milyon manat, subsidiyalar 320,2 milyon manat, öhdəliklər üzrə əməliyyatlar 269,5 milyon manat, faizlər üzrə ödənişlər 269,1 milyon manat, maliyyə aktivləri üzrə əməliyyatlar 38,0 milyon manat, dövlət icbari şəxsi sığorta xərcləri 6,9 milyon manat icra edilib.
2026-cı ilin I rübündə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərində illik nəzərdə tutulmuş vəsaitin 13,5 faizi həcmində və ya 365,4 milyon manat vəsait sərf olunub.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 2026-cı ilin I rübündə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 11,0 faizi həcmində və yaxud 386,2 milyon manat vəsait istifadə olunub.
Həmin vəsaitin 355,2 milyon manatı infrastruktur təyinatlı layihələrin (avtomobil yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 185,0 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılması üçün 142,2 milyon manat, turizm infrastrukturunun yaradılması və digər tədbirlərin icrası üçün 28,0 milyon manat), 10,7 milyon manatı səhiyyə və mədəniyyət yönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə, 20,3 milyon manatı isə ərazilərin minalardan təmizlənməsi üzrə xərclərə syönəldilib.
Ehtiyat fondlar üzrə xərclərin icrası: 2026-cı ilin I rübündə bəzi xərclərin maliyyə təminatı üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,9 milyon manat, dövlət büdcəsinin ehtiyat fondundan isə 0,9 milyon manat, cəm olaraq 6,8 milyon manat vəsait istifadə olunub.
Dövlət borcuna xidmət edilməsi ilə bağlı xərclər, dövlət borcunun vəziyyəti: 2026-cı ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 2457,6 milyon manat məbləğində xərclər nəzərdə tutulub. Operativ məlumatlara əsasən cari ilin I rübündə dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili borc üzrə 132,5 milyon manat (faiz borcu üzrə), xarici borc üzrə 391,7 milyon manat olmaqla (əsas borc üzrə 269,5 milyon manat, faiz borcu üzrə 122,2 milyon manat), ümumilikdə 524,2 milyon manatın ödənilməsi təmin edilib.
Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2026-cı il 1 aprel tarixinə xarici dövlət borcunun səviyyəsi 4689,3 milyon ABŞ dolları təşkil edib. Operativ məlumatlara əsasən, 2026-cı il 1 aprel tarixinə xarici dövlət borcu cari il üzrə proqnozlaşdırılan ÜDM-in 6,1 faizini təşkil edir.
Operativ məlumatlara əsasən daxili dövlət borcunun səviyyəsi 2026-cı il 1 aprel tarixinə 16492,9 milyon manat olmaqla cari il üzrə proqnozlaşdırılan ÜDM-in 12,6 faizini təşkil edir.
İcmal büdcə
2026-cı ilin yanvar-mart aylarında icmal büdcənin gəlirləri 8852,8 milyon manat, xərcləri isə 9060,8 milyon manat səviyyəsində icra olunub. İcmal büdcədə 208,0 milyon manat büdcə kəsiri (defisit) yaranıb.
İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 2131,8 milyon manat, xərcləri 2052,9 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri 58,9 milyon manat, xərcləri 38,4 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsinin gəlirləri 569,3 milyon manat, xərcləri 454,6 milyon manat, Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 1007,9 milyon manat, xərcləri 3217,1 milyon manat məbləğində icra olunub.
Hesabat dövründə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 104,4 milyon manat, xərcləri 98,8 milyon manat təşkil edib.
Nazirlik dövlət büdcələrinin icrasına dair operativ məlumat yaydı - 1,8 milyard manat artıqlıq yaranıbNazirlik dövlət büdcələrinin icrasına dair operativ məlumat yaydı - 1,8 milyard manat artıqlıq yaranıbNazirlik dövlət büdcələrinin icrasına dair operativ məlumat yaydı - 1,8 milyard manat artıqlıq yaranıbNazirlik dövlət büdcələrinin icrasına dair operativ məlumat yaydı - 1,8 milyard manat artıqlıq yaranıb

Maliyyə     Tarix: 24 aprel 2026

Oxşar xəbərlər

VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır

VTB Bankın rəhbəri Andrey Kostin Rusiya Mərkəzi Bankının faiz dərəcəsinin mərhələli şəkildə azalacağını gözlədiyini bildirib. Onun sözlərinə görə, ilin sonuna qədər bu göstərici təxminən 12%-ə qədər enə bilər. VTB-nin rəhbər

176,4 milyon artıq vəsait xərclənib - Dövlət Agentliyində çatışmazlıqlar

Avtomobil yolları üzrə vəsaitlərin idarə olunmasında nöqsanlar var. Bu barədə Hesablama Palatasının "Dövlət auditi" bülletenində bildirilir. Sənədə əsasən, audit zamanı avtomobil yollarına ayrılan vəsaitlərin effektivliy

5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmətə istinadən xəbər verir ki, indiyədək ölkə ərazisində 11

Azərbaycandan keçməklə Ermənistana 350 ton buğda göndərilib

Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Ermənistana 350 ton buğda göndərilib. Bu gün 5 vaqon buğda Ermənistana yola salınıb. Qeyd edək ki, Azərbaycandan tranzit keçməklə Ermənistana mütəmadi olaraq taxıl, gübr

Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır

Ölkəyə gətirilməsi qadağan olunan və ya xüsusi icazə əsasında idxalına yol verilən məhsulların poçt rabitəsi xidmətləri vasitəsilə sifarişi və ya göndərilməsi zamanı qanunvericiliyin tələblərinə ciddi əməl edilməlidir. İnformasiy

Şəkər ixracı 4 dəfədən çox artıb

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycandan 57 min 869,17 ton şəkər ixrac edilib. 2025-ci ilin eyni dövründə bu göstərici 13 min 667,64 ton təşkil etmişdi. Beləliklə, şəkər ixracının həcmi illik müqayisədə 44 min 201,5

Azərbaycan iqtisadiyyatı 0,3 faiz azalıb

Dövlət Statistika Komitəsi 2026-cı ilin yanvar-mart aylarında Ümumi Daxili Məhsul istehsalı barədə məlumat açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-mart aylarında ölkədə 29 milyard 703,2 milyon manatlıq və ya əvvəlk

İlk 4 ayda Azərbaycanın qeyri neft-qaz sektoru 0,7 faiz artıb

2026-cı ilin yanvar-aprel aylarında ölkədə 39 milyard 875,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur. Dövlət Statistika Komitəsinin yaydığı məlumat

Avstraliya Mərkəzi Bankı faizini üçüncü dəfə artırdı

Avstraliya Mərkəzi Bankı (RBA), inflyasiyanın inadkar şəkildə yüksək səviyyədə qalmasını nəzarət altına almaq məqsədilə pul siyasəti faizini ardıcıl üçüncü iclasda artıraraq 4,1%-dən 4,35%-ə yüksəltdib. Marja xəbər veri


iqtisadi xeberler dollar manat kursu dollarin kursu bu gun biznes krediti valyuta xeberleri