Nədir GDPR?
Zaman keçdikcə texnologiyanın inkişafı nəticəsində şəxslərin (və ya fərdlərin) əsasən mövcud olduğu, fəaliyyət göstərdiyi müstəvi fiziki platformadan virtual platformaya (VP) dəyişilmişdir. Bu da özlüyündə VP-dəki fərdlərin digər hüquqları ilə yanaşı onların məlumatlarının qorunmasına dair hüquqlarının da tənzminlənməsi zərurətini yaratmışdır.
Bununla əlaqədar olaraq 27 ölkədən ibarət olan Avropa İttifaqı (Aİ) 25 may 2018-ci il tarixində Aİ-də yaşayan, fəaliyyət göstərən fərdlərin VP-dəki məlumatlarının (dataların) qorunması üçün GDPR – General Data Protection Regulation – Dataların Qorunması üzrə Ümumi Tənzimləmə haqqında qanunu qəbul etdi. Bu qanun Aİ-nin məxfilik və insan hüquqları haqqında qanunlarının mühüm tərkib hissəsi hesab olunur. Qanunun yekun məqsədi fərdlərin VP-dəki müxtəlif növ şəxsi məlumatları üzərində qərar vermə səlahiyyətlərini dəstəkləməkdir.
Fərdi məlumatlara aşağıdaklar aiddir:
Ad, ünvan, şəxsi müəyyən edən seriya və nömrəyə aid məlumatlar
Dislokasiya, IP ünvan, kuki və oxşar internet əsaslı məlumatlar
Fiziki və biometrik məlumatlar
İrqi, dini və sosial məlumatlar (həssas məlumatlar)
Siyasi baxışlara dair məlumatlar (həssas məlumatlar)
Tibbi parametrlərə dair məlumatlar (həssas məlumatlar)
Qanunun əsas tənzimləyici müddəalarını sadalasaq:
Aİ zonasına aiddiyyəti, məxsus olan VP-dəki məlumatlardan istifadə GDPR qaydalarına razılıq verildikdən sonra istifadə oluna bilər
Fərdlərdən şəxsi məlumatlar alınarkən proses sadə, anlaşılan dildə izah olunmalıdır
Fərdlərə dair məlumatların istifadə olunma yeri, müddəti və forması izah olunmalıdır
Fərdi məlumat sahibləri məlumatlara daima çıxışları olmalı, onları dəyişdirə bilmək və silmək haqqına sahib olmalıdırlar
VP-dəki məlumatları qaydalara uyğun olmayan formada istifadə edənlər üçün (şirkətlər, qurumlar) yüksək cərimələr tətbiq olunur (20 milyona avroya qədər və ya illik gəlirin 4%-i)
Bu qanun artıq dünyanın bir çox ölkələrində model olaraq qəbul edilib həmin ölkələr tərəfindən tətbiq olunmağa başlanmışdır. Bunlara Türkiyə, Yaponiya, Cənubi Koreya, Brazilya, Böyük Britaniya, ABŞ-nin bəzi ştatlarını nümunə olaraq göstərmək olar.
Müəllif: Orxan Məmmədli / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"iPhone 15" modelinin üstünlükləri
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Evdə biznes qurmağın yolları
İban nədir?
İlon Mask kimdir?