Nədir "yaşıl maliyyə" və "yaşıl maliyyələşmə"?

Nədir Hər nə qədər bu iki anlayış arasında müxtəlif cəhətdən oxşarlıqlar olsa da onları bir çox istiqamətdə müəyyən sərhədlər ayırır. Gəlin hər biri ilə tanış olaq.
ANLAYIŞ BARƏDƏ
Yaşıl maliyyə – Dayanıqlı inkişafı və ətraf mühitin qorunmasını dəstəkləyən çoxsaylı maliyyə əməliyyatlarını (pul vəsaitlərinin axını) və maliyyə məhsullarını (kredit, istiqraz, səhm və s.) özündə birləşdirir. Bu dəstək prosesində ESG (Environment|Social|Governance) meyarları xüsusilə nəzərə alınır.
Yaşıl maliyyələşmə – Yaşıl layihələri müxtəlif metod və alətlərlə maliyyələşdirmək üçün kapitalın formalaşdırılması prosesidir. Burada daha çox yaşıl layihələri maliyyələşdirmək üçün müxtəlif maliyyə resurslarının təmin edilməsini nəzərdə tutulur.
Daha da anlaşıqlı ifadə etsək, "Yaşıl maliyyə" daha geniş anlayış olub dayanıqlı inkişaf və ətraf mühitin qorunmasında makro səviyyədə maliyyə səfərbərliyini və ya intervensiya proseslərini ifadə edirsə, "yaşıl maliyyələşmə" yaşıl layihələr üçün mikro səviyyədə maliyyə resurslarının müəyyən edilib onların maliyyələşdirməsi prosesini əhatə edir. 
MARAQLI TƏRƏFLƏR
"Yaşıl maliyyə" üzrə:
hökumətlər, tənzimləyici orqanlar, investisiya şirkətləri, banklar və digər makro agentlər
 "Yaşıl maliyyələşmə" üzrə:
lokal tənzimləyici qurumlar, investorlar, maliyyə institutları, layihə şirkətləri və digər mikro agentlər
 İQTİSADİ TƏSİRLƏR
"Yaşıl maliyyə" üzrə:
Aşağı karbonlu iqtisadiyyata keçidi sürətləndirməsi
Yaşıl texnologiyalarda innovasiya və inkişafı dəstəkləməsi
Ətraf mühitlə bağlı risklərə qarşı maliyyə sistemlərinin dayanıqlılığını genişləndirməsi
"Yaşıl maliyyələşmə" üzrə:
Yaşıl sənaye sahələrində yeni iş yerlərinin yaradılmasına xidmət edən layihələrin maliyyələşdirilməsinə təkan verməsi
Dayanıqlı yaşıl iqtisadiyyatın maliyyələşdirilməsinə xidmət edən kapital xərclərini azaltması
Dövlət infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün özəl sektor investisiyalarının cəlb edilməsinə dəstək vermə imkanlarının olması
 ÇAĞIRIŞLAR
"Yaşıl maliyyə" üzrə:
 Vahid yanaşmanın (standartlaşdırmanın) olmaması: ESG meyarları üzrə qlobal miqyasda hələ də vahid standartların olmaması yaşıl maliyyə üzrə görülən işlərin və onların nəticələrinin qeyri-stabil olması mənzərəsini yaradır.
Data məhdudiyyətinin olması: Ətraf mühitə təsirlə və risklərlə bağlı müxtəlif növ məlumlatların kafi səviyyədə olmaması hesablanmış qərar vermə prosesinə imkan vermir.
"Yaşıl maliyyə" üzrə savadlılığın yetərli səviyyədə olmaması: Əsasən investorlar və müştərilər arasında bu konseptə dair məhdud məlumatlılıq bu sahədə görülən işləri ləngidir.
"Yaşıl maliyyələşmə" üzrə:
Psevdo-yaşıl maliyyələşmə: Müxtəlif maliyyələşmələri əldə etmək məqsədilə layihələrin yaşıl layihə kimi təqdim edilmə risklərinin olması.
Tənzimləyici maneələr: Müxtəlif yaşıl maliyyələşmə alətlərinin yaradılmasını dəstəkləyən hüquqi proseslərdə siyasi iradənin göstərilməməsi.
ÇAĞIRIŞLAR ÜZRƏ HƏLLƏR
"Yaşıl maliyyə" üzrə:
Siyasi dəstək: Hökumətlər müxtəlif siyasi alətlərlə (nəzarət; təşviq) bu sahənin inkişafını sürətləndirə bilərlər.
Texnoloji inkişaf: Maliyyə, bank sektorunda innovasiyaların geniş miqyasda tətbiqi bu sahə üzrə xərcləri azalda bilər və nəticədə sahəyə çıxış imkanları daha da artıra bilər.
Beynəlxalq əməkdaşlıq: Həm standartların müəyyənləşdirilməsi, həm də qlobal yaşıl maliyyə ekosistemində aktiv iştirak sahənin inkişafına böyük töhfə verə bilər.
"Yaşıl maliyyələşmə" üzrə:
Maliyyə bazarının inkişaf etdirilməsi: Maliyyələşmə üçün inkişaf etdirilmiş maliyyə bazarı bu sahə üzrə müxtəlif layihələrə çevik və az xərclə kapitalın cəlb edilməsini asanlaşdıra bilər.
Maliyyə alətlərinə (məhsullarına) dayanıqlılığın təlqin edilməsi: Ənənəvi maliyyə alətlərində (məhsullarında) dayanıqlılıq xüsusiyyətinin təmin edilməsi yaşıl maliyyələşməyə daha geniş miyasda çıxış imkanlarını yarada bilər.
Məlumatlı investorlar: İnvestorların cəmiyyətdəki yaşıl çağırışlara qarşı artırılmış fərqindəlikləri (awareness) yaşıl maliyyələşməyə olan tələbi, meyili daha da artıra bilər.
Müəllif: Orxan Məmmədli / banker.az

Maraqlı     Tarix: 15 iyul 2024

Oxşar xəbərlər

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil ediləcək. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarla müəyyən edilib ki, Naxçıvan Dövlət Universiteti Naxçıva

iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?

iPhone 17 Pro Max-ın 6,9 düymlük 120 Hz ekranı, A19 Pro çipi, üç 48 MP-lik arxa kamerası və 39 saata qədər video izləmə müddəti Apple-ın rəsmi texniki məlumatlarında göstərilir. ABŞ-da başlanğıc qiyməti 256 GB üçün 1 19

Süni intellekt qlobal kapital dövriyyəsini necə işə saldı: 2008-ci il böhranı təkrarlana bilərmi?

Dairəvi maliyyələşdirmə modeli süni intellekt bumunu sürətləndirir, eyni zamanda dünya iqtisadiyyatındakı disbalansları dərinləşdirir. Bu mənzərə qlobal maliyyə böhranı ərəfəsindəki vəziyyəti xatırladır. . Müəlliflər: Şo

Apple və Hindistan iPhone istehsalı üçün Çinə alternativ mərkəzi necə yaratdı

Hindistan hakimiyyəti ilə elektronika istehsalçıları arasında uzun illər davam edən əməkdaşlıq təchizat zəncirlərinin yenidən qurulmasına və Çindən asılılığın azalmasına imkan verib. Hər gün 150-dən çox ağ avtobus Çennayı

Nepal və Tibetdə dağıdıcı selə nə səbəb olub?

Mənbə: . Hadisə Azərbaycandan minlərlə kilometr uzaqda, Himalay dağlarının Nepal və Çin sərhədində baş versə də, bu cür təbii fəlakətlərin necə yarandığını və bir-biri ilə necə əlaqəli olduğunu anlamaq coğrafi baxımdan mühü

Cənubi Koreya süni intellektə 880 milyard dollar yatırır: bu investisiyalar ölkənin yüksək texnologiyalar lideri statusunu möhkəmləndirə biləcəkmi?

Cənubi Koreya süni intellekt və yarımkeçiricilərə böyük məbləğdə investisiya qoymağa hazırlaşır. "Üç meqalayihə" çərçivəsində 880 milyard dollarlıq sərmayə planı açıqlanıb. Ölkə artıq HBM də daxil olmaqla mühü

2026-cı ildə dünyanın 10 ən böyük bankı

Banklar və iri maliyyə şirkətləri istənilən iqtisadiyyatın əsasını təşkil edir. Onların ölçüsünü qiymətləndirmək üçün müxtəlif yanaşmalar mövcuddur. Bəzi araşdırmalarda bankların bazar kapitallaşmasına, digərlərində isə aktivlərini

Peşə təhsilində yeni mərhələ – Dağ-mədən üzrə rəqəmsal kurs təqdim olunacaq

"AzerGold" QSC-nin dəstəyi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Aspire EdTech" şirkətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə "Dağ-mədən işləri üzrə mütəxəssis"

Gömrükdə malların saxlanılması ilə bağlı yeni qaydalar qüvvəyə mindi

Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların müvəqqəti saxlanca verilməsi ilə bağlı yeni qaydalar müəyyənləşib. Bununla bağlı Gömrük Məcəlləsində dəyişikliklərlə əlaqədar iyunun 19-da qəbul edilən müvafi


iqtisadi xeberler leobank kart valyuta xeberleri iqtisadiyyat xeberleri biznes qurmaq