Neokart sahibləri Black Friday-də 5% keşbek qazanacaq
®Bank Respublika kart sahibləri Trendyol və Aliexpress kimi saytlarda 5% keşbek qazanacaq!
Həftəsonu "Black Friday" endirimlərini səbirsizliklə gözləyirsiniz? Məşhur onlayn ticarət platformalarından özünüzə və doğmalarınıza hədiyyə almağı planlayırsınız? Bəs hədiyyə alarkən yüksək keşbek qazanmaq istəyirsiniz?
O zaman Bank Respublika-nın "Neo Friday" kampaniyasından mütləq faydalanın!
Belə ki, kampaniya çərçivəsində 27, 28 və 29 noyabr tarixlərində onlayn ticarət platformalarında — (Trendyol Azərbaycan, Aliexpress, Wildberries, Ozon, Joom) Bank Respublika-nın NeoKart kartı ilə ödənişlərini edən müştərilər 5% KEŞBEK qazanacaq.
Kampaniyanın özəllikləri:
Kampaniya müddətində yalnız 5262 (Marketplace) MCC kodlu ilə onlayn alış-verişlər 5% keşbek qazanacaq;
Kampaniya 27, 28 və 29 noyabr tarixlərində aparılmış onlayn ticarət əməliyyatları üçün nəzərdə tutulub;
Kampaniya çərçivəsində qazanılacaq maksimal keşbek məbləği – 50 AZN təşkil edəcək.
Kampaniyadan faydalanmaq üçün Mobil Şöbə tətbiqində kateqoriya seçimi etmək mütləqdir
NeoKart sahibi deyilsinizsə, kartı elə indi bankın rəsmi internet səhifəsində onlayn sifariş edin, pulsuz evinizə çatdırılsın!
Bu fürsəti əldən verməyin, Black Friday alış-verişlərinizi NeoKart ilə edin daha çox qazanın!
Daha ətraflı məlumat üçün:
Veb sayt: www.bankrespublika.az
Sosial şəbəkələr: Facebook | Instagram | LinkedIn | Telegram
Çağrı Mərkəzi: 144 / banker.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Bitcoin necə işləyir?
Necə Bitcoin almaq olar?
5 liderlik göstəricisi
Yatırım olmadan necə biznes qurmaq olar?
SWIFT nədir?