"NEQSOL Holding" Brandon Hall Group Mükəmməllik Mükafatlarına - LAYİQ GÖRÜLÜB

NEQSOL Holding beş müxtəlif kateqoriya üzrə nüfuzlu Brandon Hall Group Mükəmməlik Mükafatına layiq görülüb.
FED.az xəbər verir ki, mükafat bütün dünya üzrə şirkətləri tətbiq etdikləri proqramların onların əməkdaşlarına və təşkilatlarına ölçülə bilən dəyər gətirmək bacarıqlarına görə qiymətləndirir.
Holdinqin NEQSOL Academy rəqəmsal təlim və ünsiyyət platforması və Liderlik İnkişaf Proqramları qeyd olunan kateqoriyalar üzrə dörd qızıl və bir gümüş mükafata :
Korporativ Öyrənmə Universitetinin ən yaxşı istifadəyə verilməsi
Mobil Öyrənmənin Ən Yaxşı İstifadəsi
Korporativ Öyrənmə Universiteti üçün Ən Yaxşı Strategiya
Liderlik İnkişafında Ən Yaxşı İrəliləyiş
Kouçinq və Mentorluq sahəsində Ən Yaxşı İrəliləyiş
Brandon Hall Group insan kapitalının idarə edilməsi sahəsində ən böyük və uzunmüddətli mükafatlandırma proqramını həyata keçirir. Brandon Hall Group Mükəmməlik Mükafatı tədris və inkişaf, istedadların idarə edilməsi, liderliyin inkişafı, istedadların cəlbi, insan resursları, satış nəticələri, müxtəliflik, bərabərlik və inklüzivlik, və gələcək fəaliyyət baxımından əldə edilmiş böyük nailiyyətlərə görə təqdim edilir. Bu il NEQSOL Holding ilə yanaşı, Google, Dünya Bankı, PWC, Rolls Royce, KPMG və digərləri qaliblər sırasındadır.
Brandon Hall Group-un üç mükafatı NEQSOL Holding-in əməkdaşlarının müxtəlif dillərdə qabaqcıl təhsil materiallarına çıxışını təmin edən və sosial platforma vasitəsilə ünsiyyət, bir-birindən öyrənmək və əlaqə saxlamaq üçün imkanlar təqdim edən NEQSOL Academy platformasını qiymətləndirir. NEQSOL Academy, Harvard Business School, Skillsoft, Crossknowledge, ADA Universiteti və LinkedIn Learning kimi dünya səviyyəli biznes məktəblər, agentliklər və akademiyalar ilə tərəfdaşlıq edir.
NEQSOL Holding-in Liderlik İnkişaf Proqramları əməkdaşların mövcud liderlik potensialını artırmaq və qrup daxilində irəliləmək məqsədi ilə lazımi bacarıqları inkişaf etdirməyə unikal imkan yaratmaq qabiliyyətinə görə qiymətləndirilib. Yüzlərlə namizəd sırasından NEQSOL Holding gələcək liderlərin inkişafı sahəsində qızıl standart kimi dəyərləndirilib.
"Gələcəyimizin əsasən insan kapitalından asılı olduğuna inanaraq, biz yeni ideyalar, üsullar və texnologiyalar vasitəsilə səmərəli insan kapitalının idarə edilməsini gücləndirmək və daha da inkişaf etdirmək üçün daim çalışırıq. NEQSOL Holding-in bu sahədə yenilikləri artıq ikinci ildir ki, Brandon Hall Group tərəfindən qiymətləndirilir və bu düzgün istiqamətdə inkişafımızı təsdiq edir", – NEQSOL Holding-in Baş Direktoru Yusif Cabbarov bildirib.
"Bu mükafatlar əməkdaşlarımıza qabaqcıl öyrənmə imkanları təqdim etmək, eləcə də onların liderlik potensialını inkişaf etdirmək yanaşmamızda real nailiyyətləri əks etdirir. Biz çox şadıq ki, komandamızı cəlb etmək və gücləndirmək üçün nəzərdə tutulmuş innovativ layihələrimiz belə bir mötəbər mükafata layiq görülüb", – NEQSOL Holding-in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunç bildirib.
"Mükəmməllik Mükafatına layiq görülənlər bizneslərin irəliləməsi üçün insan kapitalının idarə edilməsi funksiyalarının inteqrasiya olması və birlikdə işləməsinin zəruriliyi barədə artan bilikləri ilə fərqlənirlər. Daha çox təşkilatların funksiyalar çərçivəsində əməkdaşlıq yaratdıqlarını və insan kapitalının idarə edilməsi üzrə aparıcı təcrübələr vasitəsilə ölçülə bilən dəyər təqdim etmək üçün daha mükəmməl və uğurlu olduqlarını görmək çox xoşdur", — Brandon Hall Group-un Əməliyyatlar üzrə Baş Direktoru və HCM Excellence Awards Proqramının rəhbəri Reyçel Kuk bildirib.
NEQSOL Holding-in fəaliyyətinin əsas istiqamətləri səkkiz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.
İnsan kapitalının idarə edilməsi sahəsində müstəqil təhlil və araşdırma şirkəti olan Brandon Hall Group 29 ildən çox müddət ərzində dünya üzrə 10 mindən çox müştəriyə beynəlxalq səviyyəli araşdırmalar və məsləhətlər təqdim etməklə dəstək olmuşdur.

Biznes     Tarix: 18 sentyabr 2022

Oxşar xəbərlər

Trendyol və PAŞA Holding Uşaqların Beynəlxalq Müdafiəsi Gününü region məktəbliləri ilə qeyd edib

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri Trendyol şirkəti PAŞA Holding ilə birlikdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü bir qrup Şabran məktəblilər

Future Lab və Bir ekosistemində yeni rəhbər təyinatları - HƏYATA KEÇİRİLİB

Future Lab və Bir ekosistemində yeni rəhbər təyinatları həyata keçirilib. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, PAŞA Maliyyə Holdinqinin məlumatına əsasən, Lukasz Szczepanski Birmarket-in Baş İcraçı Direktor

Bakıda test kitləri və tibbi təyinatlı plastik qablaşdırma məhsulları istehsalı müəssisəsi yaradılacaq

Azərbaycanda sayca üçüncü KOB klaster şirkəti – "Healthtech Solutions KOB Klaster Şirkəti" MMC yaradılıb. Orxan Məmmədov: "KOB-ların üçün inkişafı üçün maliyyə ekosistemi qurulmalıdır". Bu barədə -a İqtisadiyya

"Tarqovı"da küçə zəbt edilib? - AÇIQLAMA

Bakıda "Tarqovı" kimi tanınan ərazidə (Nizami küçəsi) piyadaların istifadəsi üçün nəzərdə tutulan yol restoran tərəfindən zəbt olunub. Yasamalda vətəndaşın evi qanunsuz sökülür? - Rəsmi açıqlama. "Qafqazinfo"y

Polşa Azərbaycana ticarət missiyası göndərəcək

Bu ilin noyabr ayında Polşanın biznesi nümayəndələrinin Azərbaycana ticarət missiyasının keçirilməsi planlaşdırılır. Polşa-Azərbaycan Ticarət Palatasına istinadən xəbər verir ki, nümayəndə heyətinin səfər tarixləri razılaşdırılm

Şirkət nümayəndəsi vəfat edib - "Şahşərab"ın səhmdarları toplanır

Naxçıvanın Şahbuz rayonunda "Şahşərab" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. biznees və maliyyə xəbərləri portatalı xəbər verir ki, 26 iyul 2026-cı il saat 12.00-da Şahbuz şəhəri, H.Əliye

Şirkətin İdarə Heyətinin sədrinin seçilməsi müzakirəyə çıxarılır

"Bakı Çinar Soyuducuları" ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 15 sentyabr 2026-cı il tarixində saat 10:30-da keçiriləcək. Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR. xəbər verir ki, yığınca

Azərbaycan şirkəti Dubaydakı şirkətə verilən borcu geri ala bilmədi – BORCU SATIŞA ÇIXARDI

Azərbaycanda böorc öhdəliklərinin satışı ilə bağlı bazar inkişaf etməkdədir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, "Aqrar Kredit" BOKT öz balansında olan debitor borcların bir hissəsini satışa çıxarıb

NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib

NEQSOL Academy peşəkar və şəxsi inkişafının müxtəlif mərhələlərində olan şəxslərin bilik və bacarıqlarını inkişaf etdirməsinə dəstək vermək məqsədilə hər kəs üçün açıq olan yeni rəqəmsal öyrənmə platforması SkillHub-ı təqdi


iqtisadi xeberler telefonla pul qazanmaq emlak xeberleri online pul qazanmaq dollar kursu