NEQSOL Holding ölkədə ilk dəfə Risklərin idarəedilməsi üzrə ISO sertifikatını - ALIB
NEQSOL Holding ISO 31000:2018 Risklərin idarə edilməsi sertifikatı üzrə uyğunluq bəyannaməsini əldə edib.
FED.az xəbər verir ki, bəyannamə ISO sertifikasiyasının etibarlı təminatçısı, Lloyd"s Register Group Limited tərkibinə daxil olan LRQA şirkəti tərəfindən keçirilmiş auditin nəticəsində təqdim edilib.
Beynəlxalq sertifikat formalaşmış sistemin düzgün qurulduğunu təsdiq edir, təkmilləşdirmə və təcrübənin davamlı inkişafı üçün stimul yaradır. Bu, Azərbaycanda Risklərin idarə edilməsi ISO standartı üzrə uyğunluq haqqında ilk bəyannamədir.
"NEQSOL Holding risklərin idarə edilməsini güclü korporativ idarəetmənin əsas elementlərindən biri hesab edərək, ISO standartı və qabaqcıl təcrübələrə əsaslanan Risklərin İdarəedilməsi Sistemini qurub", — NEQSOL Holding-in Baş Maliyyə Direktoru İmran Əhmədzadə bildirib.
"Risklərin idarə edilməsi biznes davamlılığını və riskləri dəyərləndirərək qərarverməni dəstəkləyir. Müvəffəqiyyətlə yekunlaşmış audit risklərin idarə edilməsi prosesinin, sənədlərinin, model və hesabatların dəyərləndirilməsi, həmçinin risk mədəniyyəti səviyyəsinin qiymətləndirilməsi üçün Holdinqin şirklətlərində rəhbərlərlə müsahibələrin keçirilməsini əhatə edib", — NEQSOL Holding-in Risklərin İdarəedilməsi üzrə rəhbəri Samir Kərimov bildirib.
NEQSOL Holding-in tərkibinə daxil olan Nobel Energy, Bakcell, Azerconnect, Vodafone Ukrayna və Norm kimi şirkətlər Holdinqin Risklərin İdarəetmə Siyasətini və Təlimatlarını uğurla tətbiq ediblər.
NEQSOL Holding səkkiz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.

"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun "AzərTürk Bank"dan əldə edəcəyi payın həcmi məlum olub
Yanğın və digər risklərdən sığorta üzrə ödənişlər 56% artıb
Azərbaycanda bank müştərilərinin sayı 17 milyona yaxınlaşdı
Məhdudiyyətlər ölkədaxili nağdsız kart ödənişlərinin həcmini azaldıb - 24 milyon manatlıq geriləmə
ZARA-nın uğur hekayəsi
Biznes təlimlər və tədris üsulları
Onlayn biznes növləri
Startup nədir və necə olur?
Birbank xidmətinə necə qoşulmaq olar?