Nisyə satışla məşğul olan şirkətlərə verilən kreditlərlə bağlı yeni tələb

Nisyə satışla məşğul olan şirkətlərə verilən kreditlərlə bağlı yeni tələbAzərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 22 iyul 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası"nda, "Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda"da və 21 sentyabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası"nda dəyişikliklər edib.
Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qərara əsasən, banklarda nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə verilmiş kredit üzrə həmin şəxslərin nisyə satış portfelinin ümumi həcmi və alıcılarının sayı barədə banka təqdim etdiyi məlumatlarla kredit bürolarına təqdim etdiyi müvafiq məlumatların bank tərəfindən müqayisəsi nəticəsində hər hansı göstərici üzrə uyğunluğun 90 %-dən az olduğu müəyyən edildikdə həmin aktiv qeyri-qənaətbəxş hesab olunacaq.
Bundan başqa, istehlak krediti üzrə təminat qismində zaminlik çıxış etdikdə, zaminin BGN əmsalı (Borcun Gəlirə Nisbəti) 70 %-dən artıq olmamalıdır.
Həmçinin, borcalanın gəlirləri müvafiq sənədlərlə (əməkhaqqı barədə iş yerindən arayış, təqaüd barədə təhsil müəssisəsindən arayış, sosial müdafiə sahəsində idarəetməni həyata keçirən qurum tərəfindən borcalana pensiya və müavinətlərin ödənilməsi haqqında arayış, borcalanın mövcud depozit hesabları üzrə faiz gəlirlərini təsdiq edən bank arayışı və ya gəlirlərini təsdiq edən digər sənədlər) və ya dövlət informasiya ehtiyat və sistemlərindən əldə olunan məlumatlar əsasında müəyyən edilə bildiyi hallarda həmin borcalan üzrə davranış modeli əsasında proqnozlaşdırılmış gəlirin istifadəsinə yol verilmir. Bu tələb həmin bəndin qüvvəyə mindiyi tarixdən sonra yaranmış kredit tələblərinə şamil edilir.
Qərar 1 aydan sonra qüvvəyə minəcək.
BGN əmsalı — Borcun Gəlirə Nisbəti (beynəlxalq təcrübədə DTI və ya DSTI) deməkdir. Şəxsin aylıq xalis gəlirinin nə qədər hissəsinin mövcud və ya yeni kredit öhdəliklərinin ödənilməsinə sərf olunduğunu göstərən vacib maliyyə göstəricisidir.

Banklar     Tarix: 13 oktyabr 2026

Oxşar xəbərlər

Aqrar biznesə dəstək: "PAŞA Sığorta" 280 000 manata yaxın zərəri ödədi

"PAŞA Sığorta" Azərbaycanın bölgələrindən birində sel hadisəsi nəticəsində zərər görən şirkətin itkilərini qarşılayıb. Aqrar sahədə fəaliyyət göstərən şirkətə 277 493 manat məbləğində sığorta ödənişi həyata keçirib

Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®

Son dövrlərdə mənzil maliyyələşdirilməsinə tələbatın davam etməsi Rabitəbankın ipoteka kredit portfelinin dinamikasında da əksini tapıb. Bankın bu istiqamət üzrə ümumi kredit portfeli 200  milyon manatı ötüb. Bankın yaydığ

50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır

Azı 50 işçisi olan şirkətlər qarşısında yeni öhdəlik qoyulacaq. Bu, bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarıla

"Fitch Ratings": Azərbaycanın bank sektoru artıq narahatlıq doğurmur

Azərbaycanın bank sektoru son illər dayanıqlılığını əhəmiyyətli dərəcədə artırıb və xarici mənfi təsirlərə həssaslığını xeyli azaldıb. Bunu "Fitch Ratings"in Şərqi Avropa üzrə suveren reytinqlər qrupunun rəhbəri

Birbank "Adı ilə böyüsün" layihəsi ilə bank sektorunda ilkə imza atıb

Birbank yeni doğulan uşaqların adına ağac əkilməsi təşəbbüsü ilə maliyyə sektorunda daha bir ilkə imza atıb. Belə ki, "Adı ilə böyüsün" layihəsi çərçivəsində uşağın anadan olmasına görə bankdan müavinət alan valideynlərə ağacı

Advisory Banking: Biznesin ehtiyacını anlayan bank modelinə doğru

"AFB Bank" ASC-nin Korporativ Biznes Mərkəzinin İcraçı Direktoru Hüseyn Bağırlı ilə müsahibə. Son illərdə Azərbaycan bank sektorunda ciddi dəyişikliklər baş verir. Biznes bankçılığı baxımından bazardakı əsas trendlər

"PAŞA Bank" nizamnamə kapitalını artırmağa hazırlaşır – Səhmdarlar qərar verəcək

"PAŞA Bank" ASC nizamnamə kapitalının artırılması məsələsini səhmdarların müzakirəsinə çıxaracaq. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı 16 noyabr 2026-cı il tarixind

Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Unibank KB və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birgə təşkilatçılığı ilə Ticarətin Sürətləndirilməsi Proqramı çərçivəsində "Xarici Ticarətin Maliyyələşdirilməsi" mövzusunda maarifləndirmə tədbiri keçirilib

ABB-də daha bir baş direktor təyinatı

ABB-də rəhbər vəzifəyə daha bir təyinat olub. Bankın Ofis rəhbəri Mehmet Ali Savaş ABB-nin Baş direktoru təyin edilib. xəbər verir ki, Mehmet Ali Savaş Türkiyənin Işık Universitetində Management Information Systems ixtisas


iqtisadi xeberler biznes ideyalari valyuta xeberleri emlak xeberleri leobank kart