Niyə Türkiyənin 7.8 balı Çilinin 8.8 balından daha dağıdıcı oldu və texnologiyaların bununla nə əlaqəsi var?

Niyə Türkiyənin 7.8 balı Çilinin 8.8 balından daha dağıdıcı oldu və texnologiyaların bununla nə əlaqəsi var?İstənilən zəlzələnin maqnitudası ilə yanaşı bir çox nüanslar var, hansı ki heç də həmişə dağıntıya bərabər deyil. Dərinlik və ya müddət kimi mühüm xüsusiyyətlər, o cümlədən seysmoloqların elmi araşdırmalarından sonra ortaya çıxan bir çox başqa məsələlər var. Məsələn, tavaların sürüşmə miqyası və ya digər geoloji təsirlər.
Niyə Türkiyə və Suriyanın 7.8 ballıq zəlzələsi 2010-cu ildə Çilidə baş verən 8.8 ballıq zəlzələdən daha dəhşətli nəticələrə səbəb olub?
Niyə Türkiyənin 7.8 balı Çilinin 8.8 balından daha dağıdıcı oldu və texnologiyaların bununla nə əlaqəsi var?Çilidə 8.8 ballıq zəlzənin dağıdıcı nəticələri
Qeyd etmək lazımdır ki, hətta 0.5 ballıq fərq nəzərə çarpır. Məsələn, 4.5 bal sizə zarafat kimi gələ bilər, amma Yerin daha dərin qatında baş verən 5 bal artıq sizin üçün həlledici olacaq. Maqnituda və dərinlik nə qədər böyükdürsə, həndəsi olaraq zəlzələnin binalara və konstruksiyalara təsiri də bir o qədər artır.
Proqram təminatından başlayaq
Binaların layihələşdirilməsi və zəlzələlər zamanı strukturların davranışının proqnozlaşdırılması üçün hansı proqramlardan istifadə olunur? Artan seysmik təhlükənin olduğu ölkələrdə ayrıca biznes sahəsi var – "Structural engineering". Onun fəaliyyətinin əsas istiqaməti layihələrin yoxlanılması və tənzimlənməsi, o cümlədən strukturların və binaların layihələndirilməsində iştirakdır.
Dünyada seysmik sabitlik istiqamətində ən güclü tələb və qaydalar Yaponiya və Çilidədir.
Bu ölkələr öz fəaliyyətlərində klassik fundamental və nəzəri alətlərdən, eləcə də hesablamalardan əlavə müasir texnologiyalardan fəal şəkildə istifadə edirlər.
Layihə iştirakçıların və auditorların əsas vəzifəsi strukturun və torpağın zəlzələ zamanı müəyyən bir ərazidə necə davranacağını başa düşməkdir. Belə ki, zəlzələ böyük ərazidə baş verir, o isə heç də bərabər deyil. Məsələn, torpaq hərəkət edə və ya çat verə bilər, böyük daş parçaları isə yox. Buna görə də, təbii ki, hətta 50 metr fərq olsa belə, bu və ya digər torpaq sahələri üçün tələblər fərqli ola bilər və bu, məntiqlidir.
Zəlzələ zamanı binaların dayanıqlığını təmin edən texnologiyalar
Zəlzələnin inanılmaz qüvvəsinə tab gətirmək üçün binalar mümkün qədər çox seysmik enerji qəbul etməlidir. Binaların seysmik izolyasiyasının əsas qaydasını belə ifadə etmək olar: bina zəlzələnin enerjisini nə qədər çox qəbul edə bilsə, onun dağılma ehtimalı bir o qədər az olar.
Niyə Türkiyənin 7.8 balı Çilinin 8.8 balından daha dağıdıcı oldu və texnologiyaların bununla nə əlaqəsi var?Tikililərin davamlılığı texnologiyalarının əsasında, ilk növbədə, materiallara qənaət etmədən təhlükəsizliyə və keyfiyyətli tikintinin təmin edilməsinə ciddi yanaşma dayanır.
1. Binanın dərinliyi onun hündürlüyünə uyğun olmalıdır. Yeri gəlmişkən, Çilinin ən hündür göydələnlərindən biri 50 metr yerin atlına çıxır.
2. Binanın bünövrəsinin və yeraltı hissəsinin ətrafında xəndək. Bu, binanı torpağın əsas hissəsindən ayırmaq üçündür.
Əlavə, lakin olduqca tez-tez istifadə olunan texnologiyalar
Amortizatorlar
Binalar və ya konstruksiyalar podşipnik və ya amortizatorun üzərinə qoyulur. Bu məqsəd üçün qalınlığı 50 sm-ə qədər olan rezin bloklardan istifadə olunur. Qeyd edək ki, tikinti amortizatorları avtomobil amortizatorları ilə eyni prinsiplə işləyir.
Onlar seysmik dalğaların enerjisini istilik enerjisinə çevirərək, hidravlik mayeyə ötürülən zərbə dalğalarının miqyasını azaldır. Zəlzələ zamanı bina seysmik enerjinin bir hissəsini porşenlərə paylayır ki, bu da həm bina daxilində zəlzələ hissini, həm də konstruksiyaya ziyan vurma ehtimalını əhəmiyyətli dərəcədə azaldır.
Rezin izolyasiya
Niyə Türkiyənin 7.8 balı Çilinin 8.8 balından daha dağıdıcı oldu və texnologiyaların bununla nə əlaqəsi var?Binanın bütün hündürlüyü boyunca amortizatorların quraşdırılması
Güclü zəlzələ zamanı hündürmərtəbəli bina 1.5 metrə qədər amplituda ilə hərəkət edə bilər və bu amplituda binada quraşdırılan amortizatorların sayından asılıdır.
Qoruyucu polad torun quraşdırılması
Bu konstruksiyalar zəlzələ enerjisini paylayaraq binanın dayaqlarının əyilməsinin qarşısını alır. Onlar kifayət qədər effektivdirlər, lakin binanın episentrə və ya onun yaxınlığında olduğu halda bəs etmir.
Deyirlər ki, bina nə qədər alçaqdırsa, onu qorumaq ehtiyacı da bir o qədər azdır. Bu, mifdir. Daha alçaq binalar nisbətən az elastikliyə malikdir. Beləliklə, alçaq strukturlar üçün daha çox möhkəmləndirici tələb olunur. Aşağı və orta mərtəbəli strukturlar üçün əsas vəzifə seysmik qüvvəni yönəldirməkdir.
Sınaqdan keçmiş, lakin hələ geniş istifadə olunmayan bir çox texnologiya var. Məsələn, binaların karbon lifli plastik plyonka və ya FRP ilə möhkəmləndirilməsi. Lakin buna baxmayaraq, seysmik dayanıqlıq üçün əsas şey hələ də insan amilidir. Bəlkə bütün bunlardan sonra hər şey başqa cür olacaq və artan seysmik təhlükənin olduğu ölkələr Yaponiya və Çilinin təcrübəsini tətbiq edəcəklər.


/ banker.az

Maraqlı     Tarix: 09 fevral 2023

Oxşar xəbərlər

Satışı artıran sehrli formul

Satışları artırmaq üçün nə lazımdır? Daha böyük reklam büdcəsi? Daha çox satış əməkdaşı? Yoxsa daha çox müştəri?. Bankçılıq, Məhsulların İdarə edilməsi və həyat sığortası sahələrində qazandığım təcrübə mənə bir şeyi öyrədib

Networking Azerbaijan ilə biznesdə yeni dövr başlayır

Networking Azerbaijan ilə biznes əlaqələrində ölkədə yeni dövr başlayır - "THE NET LOUNGE" layihəsi təqdim edildi. 13 avqust 2026-cı il tarixində Networking Azerbaijan platforması tərəfindən Azərbaycanda bizne

Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb

"Macarıstanda 800 azərbaycanlı tələbə təhsil alır". Bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıda keçirilən "Avropada Təhsil" sərgisində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu, iki ölk

XXI əsrin mərkəzi bankı necə olmalıdır?

Müəllif: Daniel Moss, Bloomberg Opinion-un köşə yazarı, Asiya iqtisadiyyatları üzrə ekspert. Daha əvvəl Bloomberg News-da iqtisadiyyat üzrə icraçı redaktor olub. Dünyanın ən nüfuzlu maliyyə institutları zamanın gerisind

İlon Maskın gələcəklə bağlı baxışı

İlon Mask öz etirafına görə, müasir dövrün Kassandrasıdır: o, gələcəyi bir çoxlarından daha yaxşı proqnozlaşdırır, lakin insanların ona inanmamasına məhkumdur. "İnsanlar anlamırlar ki, danışdığım hər şey gec-tez ba

Apple-dan tarixi təqdimat: İlk qatlanan iPhone Duo, iPhone 18 Pro, yeni Watch və AirPods modelləri təqdim edildi

Apple sentyabrın 9-da Kaliforniyanın Kupertino şəhərində yerləşən Apple Park-da "Surprise and shine" adlı illik məhsul təqdimatını keçirib. Tədbir həm şirkətin tarixində ilk qatlanan iPhone-un nümayişi, həm də sentyabrı

Tibbi müəmma sizi çıxılmaz vəziyyətə salıb? Metagenomikanı sınayın

Həkimlər nədən xəstələndiyimizi müəyyən edə bilmədikdə, orqanizmimizdə virusların, bakteriyaların və göbələklərin genetik materialının fraqmentlərini axtara bilərlər. 2019-cu ildə Kaliforniya ştatının Fresno şəhərində yaşayan

Apple və Hindistan iPhone istehsalı üçün Çinə alternativ mərkəzi necə yaratdı

Hindistan hakimiyyəti ilə elektronika istehsalçıları arasında uzun illər davam edən əməkdaşlıq təchizat zəncirlərinin yenidən qurulmasına və Çindən asılılığın azalmasına imkan verib. Hər gün 150-dən çox ağ avtobus Çennayı

Süni intellekt qlobal kapital dövriyyəsini necə işə saldı: 2008-ci il böhranı təkrarlana bilərmi?

Dairəvi maliyyələşdirmə modeli süni intellekt bumunu sürətləndirir, eyni zamanda dünya iqtisadiyyatındakı disbalansları dərinləşdirir. Bu mənzərə qlobal maliyyə böhranı ərəfəsindəki vəziyyəti xatırladır. . Müəlliflər: Şo


iqtisadi xeberler bitcoin qiymeti dollar məzənnəsi bu gunun xeberleri kripto