İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib

İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşibTəxminən 50 gün əvvəl İrana qarşı başlayan müharibə nəticəsində hasil olunmayan neftə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib və böhranın nəticələri aylarla, hətta illərlə hiss olunacaq.
Analitiklərin hesablamaları və "Reuters" agentliyinin məlumatları bunu göstərir.
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Livanda əldə olunmuş atəşkəs razılaşmasından sonra Hörmüz boğazı açıqdır. Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp isə İranla müharibənin dayandırılması barədə razılaşmanın "yaxın vaxtlarda" əldə olunacağını düşündüyünü deyib, lakin konkret müddətlər hələ məlum deyil.
"Kpler" şirkətinin məlumatına görə, fevralın sonundan başlayan böhran dövründə dünya bazarından 500 milyon bareldən çox neft və kondensat çıxarılıb. Bu, müasir tarixdə enerji təchizatında ən böyük pozuntudur.
"Wood Mackenzie" şirkətinin baş analitiki İen Moyat bildirib ki, bazardan 500 milyon barel neftin çıxması qlobal miqyasda aviasiya daşımalarına tələbatın 10 həftə azalmasına, bütün dünyada avtomobil səfərlərinin 11 gün tam dayandırılmasına və qlobal iqtisadiyyata neft tədarükünün 5 gün ərzində olmamasına bərabərdir.
"Reuters"in qiymətləndirmələrinə görə, bu həcm ABŞ-də təxminən 1 aylıq, Avropada isə 1 aydan çox müddət üçün neft tələbatını ödəməyə kifayət edir.
500 milyon barel neft 2021-ci maliyyə ilindən başlayaraq illik təxminən 80 milyon barel istehlak əsasında hesablandıqda, ABŞ hərbi qüvvələrinin təxminən 6 illik yanacaq istehlakı həcminə bərabərdir. Bu, dünya üzrə beynəlxalq gəmiçilik sahəsinin təxminən 4 ay işləməsi üçün kifayət edən yanacaq həcmidir.
İranın xarici işlər naziri Hörmüz boğazının açıldığını bəyan etsə də, hasilatın və tədarük axınlarının bərpasının ləng olacağı gözlənilir.
"Kpler" şirkətinin məlumatına görə, aprelin əvvəlindən etibarən quruda qlobal neft ehtiyatları təxminən 45 milyon barel azalıb. Martın sonundan bəri tədarük pozuntusunun həcmi sutkada təxminən 12 milyon barelə çatıb. Küveyt və İraqdakı neft yataqlarının normal fəaliyyət səviyyəsinə qayıtması üçün 4-5 ay tələb oluna bilər ki, bunun da bütün yay boyunca ehtiyatların tükənməsinin davam etməsinə səbəb olması mümkündür. Neft emalı güclərinin və Qətərin Ras-Laffan şəhərində yerləşən mayeləşdirilmiş təbii qaz kompleksinin zədələnməsi regionun enerji infrastrukturunun tam bərpasının illər çəkə biləcəyini göstərir. / banker.az

Maraqlı     Tarix: 19 aprel 2026

Oxşar xəbərlər

Tibbi müəmma sizi çıxılmaz vəziyyətə salıb? Metagenomikanı sınayın

Həkimlər nədən xəstələndiyimizi müəyyən edə bilmədikdə, orqanizmimizdə virusların, bakteriyaların və göbələklərin genetik materialının fraqmentlərini axtara bilərlər. 2019-cu ildə Kaliforniya ştatının Fresno şəhərində yaşayan

Çin əvvəllər Qərbin nəzarət etdiyi yüksək texnologiyalı bazarları necə ələ keçirir?

Dünyada turist obyekti kimi ziyarət edilə biləcək zavodların sayı çox deyil. Lakin Xiaomi-nin nəhəng "hiperzavodu"nda şirkət iki il əvvəl istehsal xətləri üzrə ekskursiyalar təşkil etməyə başlayandan bəri 300 mində

Biz azalacağıq: dünya demoqrafik tənəzzül dövrünə daxil olur

İqtisadçılar Xesus Fernandes-Vilyaverde və Patrik Norrik hesab edirlər ki, qlobal doğum səviyyəsi artıq əhalinin sadə təkrar istehsalı həddindən aşağı düşüb — bu isə BMT-nin proqnozlaşdırdığından bir neçə onillik əvvəl ba

"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi

Süni intellekt şirkəti Anthropic-in əməkdaşı Ceykob Kokson (Jacob Coxon) süni intellektin "real güc və resurslar əldə edə biləcək fövqəlinsan sistemlərə çevrilə biləcəyini" iddia edərək şirkətdən istefa verdiyin

Yaxşı rəhbər susmamalıdır: rəy bildirməyin 4 qaydası

Davranış psixologiyası üzrə ekspert Denni Kenni narazılığı içinizdə yığıb saxlamaq əvəzinə onu düzgün şəkildə ifadə etməyi və bunun üçün dörd qaydaya əməl etməyi tövsiyə edir. Lois bunu hələ mart ayında başa düşmüşdü. Onu

Meta "Muse Spark 1.3" süni intellekt modelini istifadəyə verib

"Meta Platforms" indiyədək hazırladığı ən güclü süni intellekt modeli kimi təqdim etdiyi "Muse Spark 1.3"ü istifadəyə verib. Marja xəbər verir ki, Şirkətin Süni İntellekt üzrə Baş direktoru Aleksandr Van

Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım

"Odlar Yurdu Universiteti" 2025-ci ili 7 milyon 572,9 min manat xalis mənfəətlə başa vurub. universitetin audit olunmuş konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisəsini

Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır

Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini keçib. Tələbələrin bir qismi seriallarda gördüyü mədəniyyətə maraq göstərdiyi, digərləri isə təhsil xərclərini nəzər

Çinin yeni Arktika marşrutunun perspektivləri və gizli riskləri

Dəniz daşımalarındakı dar boğazlardan getdikcə daha çox narahat olan dünya üçün Dubai Tower gəmisinin reysi ümidverici siqnal sayıla bilər. Konteynerdaşıyan gəmi avqustun 15-də Çinin Ninbo limanından yola düşərək Şimal Buzl


iqtisadi xeberler biznes krediti leobank kart bitkoin kripto