"Nova Credit Bank Olmayan Kredit Təşkilatı" əhalini diqqətli olmağa çağırır

(®) "Nova Credit Bank Olmayan Kredit Təşkilatı" MMC adına açılan saxta saytlar və sosial şəbəkə səhifələri barədə xəbərdar edir.

Belə ki, bir qrup kiberdələduz qeyri-qanuni yolla maddi vəsait əldə etmək məqsədilə "Nova Credit BOKT" MMC-nin Facebook, Instagram və digər sosial şəbəkələrdə rəsmi səhifəsinə oxşar profillər yaradır. Onların hədəfi onlayn səhifələrdə məsafədən istehlak krediti əldə etmək istəyən vətəndaşlardır. Kiberdələduzlar kredit təşkilatının nümayəndəsi qismində saxta "WhatsApp" nömrələrindən bu vətəndaşlara yazaraq əlverişli şərtlərlə kredit təklif edir və müvafiq təhlildən sonra krediti əldə etmək üçün müştəridən kreditin xidmət komissiyası adı ilə onlara kartdan karta və ya müvafiq veb ünvan göndərməklə kart köçürməsi edilməsini tələb edirlər. Məbləğ karta köçürüləndən sonra, saxta səhifələrdə qeyd edilmiş mobil telefonla artıq əlaqə qurmaq mümkün olmur.
Vətəndaşları inandırmaq üçün kiberdələduzlar "Nova Credit BOKT" MMC-nin adından saxta sənədlər, vergi orqanlarında qeydiyyatda olmaları barədə ictimayyətə açıq məlumatlardan istifadə edərək, müştərilərə müvafiq məlumatlar təqdim edirlər.

"Nova Credit BOKT" MMC bu cür kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün vətəndaşlara kibermühitdə maksimum diqqətli olmağı tövsiyə edir. Belə ki, tanımadığı şəxslərdən gələn mesajlarda göstərilən keçidlərə daxil olmamağa və hər hansı əməliyyatı həmin kredit təşkilatının rəsmi saytının internet ünvanını brauzerdə açılmış yeni səhifədən əllə daxil edərək icra etməyə çağırır.
"Nova Credit Bank Olmayan Kredit Təşkilatı" MMC-nin rəsmi səhifələri aşağıdakılardır:
İnternet saytı: www.novacredit.az

Facebook səhifəsi: 

Instagram səhifəsi: 

Youtube səhifəsi:
Əlavə olaraq bildirilir ki, internet saytı və sosial şəbəkələr üzərindən onlayn kreditlərin verilməsi üçün qarşı tərəfdən əvvəlcədən hər hansı xidmət haqqının tələb olunması hal-hazırda nəzərdə tutulmayıb.
Həmçinin vətəndaşlardan bu kimi hallarla üzləşdikdə [email protected] elektron poçt ünvanı vasitəsilə "Nova Credit Bank Olmayan Kredit Təşkilatı" MMC-yə məlumat vermələri xahiş olunur. / marja.az

Banklar     Tarix: 15 iyul 2024

Oxşar xəbərlər

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl


iqtisadi xeberler leobank kart valyuta mezennesi valyuta kurslari telefonla pul qazanmaq