Ölən şəxsin kreditlərini kim ödəməlidir?

Ölən şəxsin kreditlərini kim ödəməlidir?Son günlər sosial şəbəkələrdə və müxtəlif platformalarda vəfat etmiş şəxslərin kredit borclarının övladları tərəfindən ödənilməsi ilə bağlı narazılıq və müzakirələr geniş yayılıb. Mövzu xüsusilə bir vətəndaşın dünyasını dəyişmiş atasının kredit borcunu hissə-hissə ödəmək barədə etdiyi təklifdən sonra daha çox diqqət çəkib.
Məsələnin aktuallığını və ictimai marağı nəzərə alaraq, bu mövzunun hüquqi və praktiki tərəflərinə aydınlıq gətirmək istədik.
Şəxs ölübsə, kreditləri kim ödəməlidir?
Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis-iqtisadçı Asif İbrahimov bildirib ki, vəfat edən şəxsin bank borclarının ödənilməsi Mülki Məcəllə ilə tənzimlənir.
Onun sözlərinə görə, eyni zamanda, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən bu sahə üzrə prudensial qaydalar mövcuddur:
"Burada beynəlxalq standartların tələbləri ilə sosial ədalət prinsipləri nəzərə alınıb. Vəfat edən şəxsin vərəsəsi mirası qəbul edirsə, avtomatik olaraq borcları da qəbul etmiş sayılır. Qanunvericilikdə miras və borc vahid (kompleks) şəkildə nəzərdə tutulur. Əgər şəxs mirası qəbul etmirsə, borcu da qəbul etmir".
O qeyd edib ki, bununla yanaşı, sığorta mexanizmi də mövcuddur və həyatla bağlı risklər baş verdikdə, öhdəliklər sığorta tərəfindən qarşılanır.
Asif İbrahimov dünya praktikasından da nümunələrə diqqət çəkib:
"Dünya təcrübəsində də müxtəlif yanaşmalar var. Məsələn, Almaniya praktikasında borcların inventar üzrə ötürülməsi tətbiq olunur: borcun məbləği müəyyənləşdirilir və mirasdan çıxılır. Əgər borc mirasdan çoxdursa, yalnız mirasın dəyəri həddində ödəniş edilir; əksinə, miras artıqdırsa, borc çıxıldıqdan sonra qalan hissə vərəsəyə verilir. Böyük Britaniya təcrübəsində isə borcların prioritet üzrə sinifləndirilməsi aparılır. İlk növbədə dövlətə olan borclar (vergilər və digər öhdəliklər), daha sonra digər borclar, o cümlədən bank öhdəlikləri mirasdan ödənilir.
Ümumilikdə, Azərbaycanda tətbiq olunan mexanizm mülki qanunvericilik çərçivəsində dünya təcrübəsinə uyğun şəkildə formalaşdırılıb". / banker.az

Banklar     Tarix: 18 aprel 2026

Oxşar xəbərlər

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib

"Atəşgah Həyat" Sığorta Şirkəti 2026-cı ilin yanvar–sentyabr aylarında topladığı sığorta haqlarından daha çox sığorta ödənişi həyata keçirib. -ın hesablamalarına görə, şirkətin sığorta ödənişləri 2025-ci ilin

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz


iqtisadi xeberler valyuta kurslari leobank kart bu gunun xeberleri bitkoin qiymeti