Ölkədə ilk: Birbank Biznes-də sahibkarlar hesabı üz tanıma ilə açır
®Hüquqi şəxs və fərdi sahibkarların istifadəsində olan Birbank Biznes-də qeydiyyat prosesi asanlaşdırıldı. Belə ki, ölkədə ilk dəfə olaraq fərdi sahibkarlar biznes hesab açmaq üçün yeni "Üz identifikasiyası vasitəsilə qeydiyyat" funksiyasından yararlana bilərlər.
Bu yenilik sayəsində Birbank Biznes-də hesab açmaq üçün şəxsiyyət vəsiqəsinə ehtiyac olmadan şəxsi və şirkət haqqında ilkin məlumatları doldurmaq, "Asan İmza" ilə müqavilə və özünü qiymətləndirmə anketini təsdiqləyərək qeydiyyatı video üz tanıma ilə tamamlamaq kifayətdir. Bütün proses ortalama 3 dəqiqə vaxt aparır və biznes sahiblərinə filiala yaxınlaşmadan daha sürətli şəkildə Birbank Biznes-də qeydiyyatdan keçməyə, vaxta qənaət etməyə imkan verir.
Qeyd edək ki, Birbank Biznes-də biznes sahiblərinin mütəmadi istifadə etdiyi bir sıra xidmətlər var:
Biznes bank hesablarının açılması
Təcili köçürmələr, milli və xarici valyutada köçürmələr
Nağdsız ödənişlər
Əməkhaqqı və biznes kartların sifarişi, çatdırılması və onlara mədaxil
POS-terminal sifarişi, POS əməliyyatlarının onlayn izlənilməsi və çıxarışların əldə olunması
Cari və kart hesabından QR-nağdlaşdırma
Sənəd dövriyyəsi və sənədlərin kütləvi imzalanması
Biznes krediti və bank qarantiyaları
Mobil POS, e-ticarət və "Kliklə ödə" xidmətləri
Özəl tarif paketləri və s.
Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə dəstək göstərilir.
Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin. / banker.az

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Françayzinq nədir və necə olur?
Yatırım olmadan necə biznes qurmaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Dünyada ən çox oxunan 5 kitab
Shopify-da necə satışa başlamaq olar?