Ölkənin birinci bankı və birinci universiteti arasında memorandum imzalandı

Ölkənin birinci bankı və birinci universiteti arasında memorandum imzalandıÖlkənin birinci bankı Kapital Bank və birinci universiteti Bakı Dövlət Universiteti (BDU) arasında əməkdaşlıq memorandumu imzalanıb. Bununla da Kapital Bank daha bir ali məktəblə strateji əməkdaşlığın əsasını qoyub. İmzalanma mərasimində Kapital Bank-ın İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin birinci müavini Cavid Mirzəyev və BDU rektoru Elçin Babayev iştirak edib.
Tədbirdə çıxış edən Cavid Mirzəyev bu əməkdaşlığı tarixi hadisə adlandırıb: "Ölkənin birinci bankı olaraq, qədim tarixə malik Bakı Dövlət Universiteti ilə əməkdaşlığımızı daha böyük müstəvidə rəsmiləşdirmək bizim üçün olduqca vacib hadisədir. Təhsilə dəstək Kapital Bank-ın sosial məsuliyyət layihələrinin ən vacib, strateji istiqamətlərindən biridir. Təcrübə göstərir ki, bu kimi əməkdaşlıqlar sayəsində tələbələrimiz praktiki biliklər əldə edir, gələcək karyeraları üçün vacib olan təcrübələri qazanır, eləcə də iş dünyasına daha hazırlıqlı şəkildə atılırlar. Biz isə peşəkar korporativ mühitə hazır olan gənclərlə əməkdaşlıq edə bilirik. Hazırda bankımızda 748 nəfər BDU məzunu çalışır. Onlardan 68-i isə rəhbər vəzifələrdə yer alır. Bu rəqəmlər BDU məzunlarının maliyyə sektorunda da kifayət qədər uğurlu kadrlar olduğunun göstəricisidir. Düşünürəm ki, BDU-nun təhsil metodikası Kapital Bank-ın təcrübəsi ilə birləşdikdə gənclərin inkişafı üçün daha geniş platforma yaranacaq".
Rektor Elçin Babayev isə bu əməkdaşlığın tələbələrin əmək bazarına peşəkar kadr olaraq hazırlanmasına müsbət təsir edəcəyini vurğulayıb: "Bizim fəaliyyətimizin prioritetlərindən biri də universitet və işəgötürənlər, həmçinin biznes strukturları ilə əlaqələrin gücləndirilməsidir. Kapital Bank-la əməkdaşlığımız tələbələrimiz üçün uğurlu karyera yolunda yeni imkanlar açacaq. Burada təcrübə mübadiləsi, bankın peşəkar kadrları tərəfindən tələbələrə təlimlərin keçirilməsi, onların tədris prosesinə cəlb olunması kimi bir çox məqamlar yer alır. Nəticədə bütün bunlar tələbələrimizin rəqabətli əmək bazarında daha dayanıqlı mövqelərdə olmasına səbəb olacaq".
İmzalanma mərasimindən sonra Bakı Dövlət Universitetinin nəzdində müasir texnologiyalar və avadanlıqlarla təchiz edilmiş, müasir standartlara cavab verən "Kapital Bank otağı"nın açılış mərasimi keçirilib. Mərasimdə Kapital Bank-ın menecer heyətində yer alan və BDU məzunu olan bank əməkdaşları öz təəssüratlarını bölüşüb, birgə əməkdaşlığın faydalı olacağına əminliklərini bildiriblər.
Xatırladaq ki, hər zaman təhsilə dəstək layihələri ilə gündəmə gələn Kapital Bank-ın Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texnologiya Universiteti və Bakı Mühəndislik Universitetlərində də "Kapital Bank" otaqları fəaliyyət göstərir ki, bu otaqlarda vaxtaşırı tələbələrin peşəkar və şəxsi inkişafını dəstəkləyən layihələr həyata keçirilir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – , Birbank kartı sifarişi üçün – . / banker.az

Banklar     Tarix: 02 fevral 2026

Oxşar xəbərlər

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri


iqtisadi xeberler kripto bu gunun xeberleri rubl mezenne investisiya