Ötən il Azərbaycan əhalisinin sərəncamında 73 milyard manatdan çox gəlir qalıb
İlkin məlumatlara görə, 2024-cü ildə ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilə nisbətən 6,4 faiz artaraq 83 milyard 93,4 milyon manat və ya hər nəfərə orta hesabla 8144,1 manat olmuşdur.
Bu barədə Marja.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Əhalinin sərəncamında qalan gəlirləri 73 milyard 409,4 milyon manat təşkil etmişdir.
2024-cü ildə istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2023-cü illə müqayisədə 2,2 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-qida malları üzrə 1,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 4 faiz artıb.
2024-cü ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8 faiz artaraq 996,8 manat təşkil etmişdir. Əməkhaqqı neft-qaz sektorunda 3716,9 manat, qeyri neft-qaz sektorunda 946,9 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 960,7 manat, özəl müəssisələrdə isə 1034,2 manat olmuşdur.



"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Layihə menecmenti nədir?
Dünyanın ən zəngin idmançıları
SWIFT nədir?
Marketinq nə demədir?