Ötən il Azərbaycanda hər bir nəfər orta hesabla 7,7 min manat gəlir əldə edib
İlkin məlumatlara görə, 2023-cü il ərzində ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 12,8 faiz artaraq 78 milyard 50,2 milyon manata çatmışdır.
Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 7 min 686,9 manatlıq gəlir düşmüşdür. Əhalinin sərəncamında qalan gəlirləri 69 milyard 341,2 milyon manat təşkil etmişdir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
2023-cü ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq 923,1 manat təşkil etmişdir. Əməkhaqqı neft-qaz sektorunda 3479,2 manat, qeyri neft-qaz sektorunda 874,4 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 890 manat, özəl müəssisələrdə isə 959,1 manat olmuşdur.
2023-cü ildə istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2022-ci illə müqayisədə 8,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 9,6 faiz, qeyri-ərzaq malları üzrə 8,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 8,2 faiz artıb.
/ marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Mcdonalds françayzinqi neçiyədir?
CV hazırlayarkən buraxılan 5 səhv
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Shopify-da necə satışa başlamaq olar?
Start-up nədir?