Ötən il Azərbaycanda iqtisadi sahədə 13 mindən çox cinayət hadisəsi qeydə alınıb

Ötən il Azərbaycanda iqtisadi sahədə 13 mindən çox cinayət hadisəsi qeydə alınıbAzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2025-ci il ərzində ölkədə 31 min 852 cinayət hadisəsi qeydə alınmışdır ki, bu da 2024-cü ilin göstəricisindən 4,6 faiz azdır.
Marja.az məlumata istinadən xəbər verir ki, əhalinin hər 100 min nəfərinə hesabı ilə qeydə alınmış cinayət hadisələrinin sayı da əvvəlki dövrlə müqayisədə 16 bənd azalaraq 311 olmuşdur. Onların 58,7 faizini az ağır, 27,6 faizini böyük ictimai təhlükə törətməyən, 13,7 faizini isə ağır və xüsusilə ağır cinayətlər təşkil etmişdir.
Cinayətlərin strukturunda 13 min 88 hadisə iqtisadi sahədə, 12 min 22 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 5 min 590 hadisə şəxsiyyət əleyhinə, 1148 hadisə dövlət hakimiyyəti əleyhinə olan, 4-ü isə digər hüquqazidd əməllərdir. 
2024-cü ildə cinayətlərin strukturunda 13 min 550 hadisə iqtisadi sahədə, 13 min 273 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 5 min 337 hadisə şəxsiyyət əleyhinə, 1184 hadisə dövlət hakimiyyəti əleyhinə olan (onlardan 321 hadisə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər), 35-i isə digər hüquqazidd əməllər olmuşdu.
Ötən il qeydə alınmış 5 min 590 şəxsiyyət əleyhinə olan cinayətlərin 86 faizi həyat və sağlamlıq əleyhinə olan cinayətlərə, 6,5 faizi şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərə, 4,4 faizi şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlərə, 2,5 faizi insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlərə, 0,6 faizi isə yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan cinayətlərə aiddir.
Həyat və sağlamlıq əleyhinə olan 4 min 806 cinayət hadisəsinin 3 min 654-nü qəsdən sağlamlığa yüngül zərər vurma, 570-ni qəsdən sağlamlığa az ağır zərər vurma, 262-ni qəsdən sağlamlığa ağır zərər vurma, 220-ni qəsdən adam öldürmə və ya adam öldürməyə cəhd, 23-nü əzab vermə, 11-ni ehtiyatsızlıqdan adam öldürmə, qalanlarını isə digər cinayətlər təşkil etmişdir.
2025-ci il ərzində əcnəbilər tərəfindən və ya onların iştirakı ilə 404 cinayət hadisəsi törədilmişdir ki, bu da əvvəlki ilin göstəricisindən 16,5 faiz azdır.
2025-ci ildə əvvəlki illə müqayisədə əzab vermə 39,5 faiz, hədə-qorxu ilə tələb etmə 35,8 faiz, mənimsəmə və ya israf etmə 35 faiz, kibercinayətlər 27,3 faiz, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə 16,2 faiz, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər 12,4 faiz, oğurluq 10,8 faiz, insan alveri ilə bağlı cinayətlər 9,7 faiz, dələduzluq 6,7 faiz, qəsdən sağlamlığa ağır zərər vurma 4,7 faiz azalmışdır. Bununla yanaşı, torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma 3,0 dəfə, vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma 50,4 faiz, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma 38,2 faiz, qaçaqmalçılıq 8,4 faiz, qəsdən sağlamlığa yüngül zərər vurma isə 3,2 faiz artmışdır.
Hesabat dövründə 21 min 31 nəfər cinayət törətmiş şəxs müəyyən edilmiş, 14 min 953 nəfər isə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Cinayət məsuliyyətinə cəlb olunmuşların 53,1 faizi əmək qabiliyyətli yaşda olub, işləməyən və təhsil almayanlar, 23 faizi əvvəllər də cinayət törətmiş şəxslərdir. 
Ötən il Azərbaycanda iqtisadi sahədə 13 mindən çox cinayət hadisəsi qeydə alınıbÖtən il Azərbaycanda iqtisadi sahədə 13 mindən çox cinayət hadisəsi qeydə alınıbÖtən il Azərbaycanda iqtisadi sahədə 13 mindən çox cinayət hadisəsi qeydə alınıb

Maliyyə     Tarix: 24 fevral 2026

Oxşar xəbərlər

"Azərlotereya" 2025-ci il üzrə maliyyə hesabatını açıqladı

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC 2025-cü il üzrə maliyyə hesabatını təqdim edib. Şirkət 2025-ci il hesabat dövrünə aid 100.7 milyon vergi ödəyib. Bu məbləğdə

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd


iqtisadi xeberler birbank leobank kart bitcoin qiymeti bank faizleri