Ötən il Azərbaycanda keçirilən satınalmaların məbləği 7,5 milyard manatı ötüb
Elektron satınalmalar nəticəsində sahibkarlar üçün dövlət satınalmaları daha əlçatan olacaq və müvafiq sahədə rəqabəti təşviq edəcək.
Bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Onun sözlərinə görə, ötən il ümumi satınalmaların məbləği 7,5 milyard manatdan çox olub.
"Hesabat dövründə elektron satınalmaların ümumi satınalmalarda payı 22,4 faiz təşkil edib. 2022-ci illə müqayisədə ötən il elektron satınalmaların həcmi 32,9 faiz artıb", - deyə qurum rəhbəri əlavə edib.
Məmməd Abbasbəyli Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən "Ticarət haqqında" Qanun hazırlandığını və hazırda razılaşdırma mərhələsində olduğunu qeyd edib. Xidmət rəisi əlavə edib ki, elektron rəqabət portalının yaradılması istiqamətində də işlər aparılır: "Bu, çevikliyin, şəffaflığın və məqsədyönlülüyün inkişafına mühüm töhfə verəcək. Layihə Nazirlər Kabinetinə təqdim olunub və qısa müddətdə istifadəyə veriləcək".
© Azərtac / marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Mcdonalds françayzinqi neçiyədir?
CV hazırlayarkən buraxılan 5 səhv
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Shopify-da necə satışa başlamaq olar?
Start-up nədir?