"Ötən il bankımızda müştəri köçürmələri 16% artaraq 14 milyard manata yaxınlaşıb
2024-cü ildə "PAŞA Bank"da müştəri köçürmələri (dövriyyə) 15,8% artaraq 113 milyard 944 milyon 625 min manat təşkil edib.
Marja xəbər verir ki, bunu 2024-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədriCavid Quliyev bildirib.
2023-cü ildə Bankda müştəri köçürmələri 98 milyard 426 milyon 748 min manat təşkil etmişdi.
Cavid Quliyev müştərilərə verilmiş kreditlərə toxunaraq qeyd edib ki, ötən il "PAŞA Bank"ın kredit portfeli 18,2% artaraq 3 milyard 360 milyon 976 min manata çatıb. O cümlədən, fərdi sahibkarlara verilmiş kreditlər 28.5% artaraq 103 milyon 316 min manata, hüquqi şəxslərə verilmiş kreditlər 15,3% artaraq 2 milyard 899 milyon 671 min manata qalxıb.
"PAŞA Bank" ASC 2024-cü ili 214 milyon 535 min manat xalis mənfəət ilə başa vurub (-21.0%)
Qeyd edək ki, mətbuat konfransında rəqəmlər "PAŞA Bank Azərbaycan"ın müstəqil auditorlar tərəfindən təsdiqlənmiş fərdi maliyyə hesabatına əsasən təqdim edilib.
/ marja.az

"Kapital Bank"ın işçi sayı 6 minə yaxınlaşıb
"Yelo Bank"da çalışanların sayı açıqlandı
Enerji xərclərinizi "Unibank"la azaldın
"Kapital Bank"ın səhmdarlarının sturkturunda dəyişiklik olub
"Bitcoin" yenidən 78 min dollara yaxınlaşıb - SON QİYMƏT
TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib
Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq
Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Elon Musk kimdir?
Fond birjası nədir?
Bill Qeyts kimdir?
Biznes plan necə yazılır?