Ötən il xalis mənfəətini 59 dəfə artıran bank

Ötən il xalis mənfəətini 59 dəfə artıran bank"Unibank" KB ASC 2023-cü ili 32 milyon 931 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 557 min manat xalis mənfəət ilə bağlamışdı.
Beləliklə, "Unibank"ın xalis mənfəəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 32 milyon 373 min manat və ya 59,2 dəfə artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından və mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılan vəsaitin (xərcin) azalmasından qaynaqlanır. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
CƏMİ GƏLİRLƏRİ 300 MİLYON MANATI AŞIB
Marja.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2023-cü ildə "Unibank" cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 319 milyon 151 manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 244 milyon 53 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 75 milyon 97 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 33 milyon 591 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 8 milyon 576 min manat mənfəət vergisi ödəyib. 
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə "Unibank"ın cəmi əməliyyat gəlirləri 232 milyon 637 min manat, cəmi əməliyyat xərcləri 208 milyon 123 min manat, əməliyyat mənfəəti 24 milyon 513 min manat, ehtiyata ayrılan vəsait 23 milyon 564 min manat, ödənilən mənfəət vergisi 392 min manat təşkil etmişdi.
Ötən il "Unibank"ın cəmi əməliyyat gəlirlərinin 86 milyon 514 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri 35 milyon 930 min manat artıb. Cəmi gəlirlər cəmi xərclərdən daha çox artdığı üçün, keçən il Bankın əməliyyat mənfəəti 50 milyon 584 min manat daha çox olub. 
KREDİT PORTFELİ 1 MİLYARD MANATDAN ÇOX ARTIB
2023-cü ildə "Unibank"ın cəmi aktivləri 150 milyon 15 min manat və ya 10,4% artaraq 1 milyard 590 milyon 659 min manata çatıb. Bankın kredit portfeli isə (müştərilərə verilmiş kreditlər) 158 milyon 148 min manat və ya 17,8% artaraq 1 milyard 47 milyon 741 min manata yüksəlib. O cümlədən, istehlak kreditləri portfeli 80 milyon 400 min manat artaraq 627 milyon 606 min manata, biznes kreditləri portfeli 55 milyon 72 min manat artaraq 329 milyon 397 min manata, ipoteka kreditləri portfeli 22 milyon 676 min manat artaraq 90 milyon 738 min manata çatıb. 
BANKDA DEPOZİTLƏR ARTIB
Keçən il "Unibank"da cəmi depozitlər 226 milyon 147 min manat artaraq 1 milyard 215 milyon 892 min manata, o cümlədən fiziki şəxslərin depozitləri 169 milyon 924 min manat artaraq 941 milyon 280 min manata, hüquqi şəxslərin depozitləri 56 milyon 224 min manat artaraq 274 milyon 612 min manata qalxıb.
MƏCMU KAPİTALI ARTIB
31 dekabr 2023-cü il tarixində "Unibank" 160 milyon 122 min manat məcmu kapitala malik olub. Bank 2022-ci ilin sonunda 127 milyon 609 min manat məcmu kapitala malik idi.
Ötən il xalis mənfəətini 59 dəfə artıran bankÖtən il xalis mənfəətini 59 dəfə artıran bankÖtən il xalis mənfəətini 59 dəfə artıran bankÖtən il xalis mənfəətini 59 dəfə artıran bank

Banklar     Tarix: 13 yanvar 2024

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz


iqtisadi xeberler depozit faizleri valyuta mezennesi leobank kart kicik biznes