Ötən il xərclərdəki artım "Unibank"ın xalis mənfəətinin 38% azalmasına səbəb olub

Ötən il xərclərdəki artım "Unibank KB" ASC 2024-cü ildə 20.4 milyon manat xalis mənfəət əldə etsə də, bu, 2023-cü ildəki göstəricidən xeyli aşağıdır. Ümumilikdə xərclərin gəlirlərlə müqayisədə daha yüksək artması bankın xalis mənfəətinin enişinə təsir edən əsas amildir.
Banker.az xəbər verir ki, bu barədə bankın rüblük maliyyə hesabatında bildirilir.
Bankın 2023-cü ildəki xalis mənfəətinin 32.93 milyon manat olduğunu nəzərə alsaq, keçən ildəki mənfəəti 38 faiz azalmış olub.
"Unibank" ASC-nin cəmi gəlirləri illik müqayisədə 11% artaraq  354.6 milyon manat olarkən, cəmi xərcləri daha çox – 21 faiz artaraq 236.9 milyon manat olub.
Əsas fəaliyyət istiqaməti olan müştəri kreditlərindən faiz gəlirlərinin dinamikası cəmi 9 faiz artım göstərib və 220.4 mln. manat təşkil edib. Depozitlər isə maliyyə mənbəsi kimi banka 63 mln. manat xərc yaradıb ki, bu da illik müqayisədə 10% cəmi artımdır.
Bankın xərc maddələrinə baxdıqda, ümumi və inzibati xərclər illik 30 faiz artımla 47.9 mln. manat, "digər xərc" kimi təsnifləşdirilən isə 34% artımla 79.3 mln. manat təşkil edib.
Bununla da kommersiya bankı keçən il 62.6 milyon manat əməliyyat mənfəəti əldə edib. Bu göstərici də yuxarıda qeyd edilən xərclər səbəbindən öncəki ildə qeydə alınmış 75.1 mln. manatdan 17 faiz az olub. Üstəlik, 35.2 mln. manatlıq (illik 5% artım) mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar mənfəətin 27.4 mln. manata düşməsinə əsas olub. Bankın keçən il 7 mln. manat mənfəət vergisi ayırmasından sonra 20.4 mln. manat xalis mənfəəti qalıb.
1 yanvar 2025-ci il tarixinə kommersiya bankının 14 milyon manat həcmində bölüşdürülməmiş mənfəəti var. Öncəki ildə bank səhmdarlara dividend də ayırmışdı.
Ötən il xərclərdəki artım

Banklar     Tarix: 16 yanvar 2025

Oxşar xəbərlər

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"


iqtisadi xeberler depozit faizleri telefonla pul qazanmaq online pul qazanmaq investisiya