Pakistanın böyük banklarından biri Azərbaycanda mövcudluğunu genişləndirmək istəyir

Pakistanın böyük banklarından biri Azərbaycanda mövcudluğunu genişləndirmək istəyirPakistanın Azərbaycanda bəzi əməliyyatları olan böyük banklarından biri (adı açıqlanmır) ölkəmizdə mövcudluğunu genişləndirməyi planlaşdırır.
Bunu Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xurram Javaid Bhatti bildirib.
Bundan başqa, onun sözlərinə görə, Pakistanın bəzi sığorta şirkətlərinin Azərbaycan bazarı ilə bağlı planları mövcuddur: "PAKAZCHAM "Azərbaycan Sığortaçılar Assosiasiyası" ilə "Pakistan Sığorta Assosiasiyası" arasında əməkdaşlıqda vasitəçidir. Bu tərəfdaşlıq iki ölkənin sığorta şirkətlərinin birgə işləməsi, sərhədlərarası müştəriləri müəyyən etməsi və sərhədlərarası məhsullar hazırlaması üçün imkan yaradacaq, bununla da təkcə hər iki ölkənin sığorta sektorlarını gücləndirməyəcək, həm də Azərbaycan və Pakistan arasında ümumi iqtisadi əməkdaşlığa töhfə verəcək".
"Eyni zamanda "Bakı Fond Birjası" və "Pakistan Fond Birjası" arasında əməkdaşlıq barədə ilkin müzakirələr aparılır. Bu tərəfdaşlıq isə ikili listinq, sərhədlərarası investisiyalar və bilik mübadiləsi üçün əla platforma təmin edə, iki ölkə arasında maliyyə əməkdaşlığını əhəmiyyətli dərəcədə gücləndirə, iqtisadi artım və inkişaf üçün yeni imkanlar aça bilər", – deyə o qeyd edib.
Bundan başqa, Palata rəhbəri əlavə edib ki, Pakistanda investisiyaların idarə edilməsi sahəsində fəaliyyət göstərən şirkətlər geniş ictimaiyyətə xidmət göstərmək üçün Azərbaycana dəvət edilə bilər: "Bu təşəbbüs yerli kapital bazarını gücləndirməyi, bu sektorda ən yaxşı təcrübədən istifadə edərək strukturlaşdırılmış və idarə olunan platforma vasitəsilə müxtəlif investisiya imkanlarına daha yaxşı çıxış təmin etməyi hədəfləyir. Bu əməkdaşlıq peşəkar investisiya idarəetməsini gətirməklə və ictimaiyyət üçün mövcud olan maliyyə xidmətlərinin çeşidini genişləndirməklə Azərbaycan bazarına əhəmiyyətli fayda verəcək".
1996-2022-ci illərdə Azərbaycanda Pakistan Milli Bankının Bakı filialı fəaliyyət göstərib. Hazırda filial ləğv prosesindədir. Bundan başqa, Pakistanın "MCB Bank"ı 2009-2019-cu illərdə "MCB Lizinq", 2019-cu ildən bu günə qədər isə "MCB" bank olmayan kredit təşkilatı (BOKT) qismində Azərbaycan bazarında təmsil olunub. / banker.az

Banklar     Tarix: 17 yanvar 2025

Oxşar xəbərlər

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler investisiya bu gunun xeberleri 1000 manatla biznes birbank