Pambıq təsərrüfatınıza Avropa gücü gəlir
(®) Saatlıda qlobal və yerli bazarda öz üstünlüyü ilə seçilən italiyan brendi "Landini" markasının yeni "Super DT 110 HC" versiyasının təqdimatı həyata keçirilib.
Təqdimatda qeyd olunub ki, sadə dizaynı və mükəmməl performansı ilə fərqlənən yeni model traktorun yerdən oxa qədər olan hündürlüyü və təkərlərinin eyni ölçüdə olması ilə seçilir. Yerdən oxa qədər olan hündürlük bitkinin becərilməsində, onun vegetasiya dövrü ərzində zərərverici və xəstəliklərlə mübarizəsində, təkərlərinin eyni ölçüdə olması isə bitkinin tələb etdiyi kultivasiya və kök gübrələnmə zamanı aqrotexniki xidmətlərin daha rahat həyata keçirilməsində xüsusi rol oynayır.
"Prior Leasing" şirkətinin baş direktor müavini Fərrux Süleymanov açıqlamasında bildirib ki, "Landini Super DT 110 HC" modeli əlavə olaraq çəkisi, ön yükləri və yüklqaldırma qabiliyyəti, 4X4 təkər formulu ilə sinfinin təkrarolunmazıdır: "Bu xüsusiyyətlər traktora daha irihəcmli dərmanlama və kultivasiya aqreqatlarını işlədə bilməsinə imkan yaradır. "Super DT 110 HC" həmçinin kriper mexanizmi ilə də təchiz olunmuşdur. Bu da texnikanın aşağı sürətlərdə gücünün maksimum dərəcədə istifadəsini təmin edir."
Tədbir rəsmi təqdimat hissəsindən sonra açıq sahədə "Landini Super DT 110 HC" traktorunun işləmə prinsipinincanlı nümayişi ilə davam edib.
Onu da qeyd edək ki, "Landini Super DT 110 HC"modelini 40 faiz dövlət subsidiyası, faizsiz və sərfəli lizinq şərtləri ilə "Prior Leasing"dən əldə edə bilərsiniz.


/ marja.az

AMB: Kommersiya banklarında korporativ idarəetmə tələbləri yenilənəcək
Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu
Rabitəbank Visanin dəstəyi ilə gamer turniri keçirəcək
"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Biznes plan necə yazılır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Evdə biznes qurmağın yolları
Ən bahalı otellər hansılardır?
Biznes planı necə yazmaq lazımdır?