"PAŞA Bank" 2024-cü ildəki gəlir və mənfəətini açıqladı

Korporativ, kiçik və orta bizneslər, fərdi sahibkarlar və fiziki şəxslərə bir sıra innovativ bank xidmətlərini təqdim edən "PAŞA Bank" ASC 2024-cü ili 210 milyon 538 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ili 199 milyon 209 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "PAŞA Bank"ın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 11 milyon 329 min manat və ya 5,7% artıb.
GƏLİRLƏRİ ARTIB
Marja.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2024-cü ildə "PAŞA Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 729 milyon 537 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 467 milyon 150 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 262 milyon 386 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 5 milyon 49 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 56 milyon 896 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə "PAŞA Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 669 milyon 696 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 377 milyon 318 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 292 milyon 378 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 36 milyon 162 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmış və 57 milyon 8 min manat mənfəət vergisi ödəmişdi.
Ötən il "PAŞA Bank"ın cəmi əməliyyat gəlirlərinin 59 milyon 841 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri 89 milyon 832 min manat atrtıb. Xərclər gəlirlərdən daha çox artdığı üçün bankın əməliyyat mənfəəti 29 milyon 992 min manat azalıb. 
KREDİT PORTFELİ 3,3 MİLYARD MANATI AŞIB
2024-cü ildə "PAŞA Bank"ın cəmi aktivləri 431 milyon 193 min manat və ya  5% azalaraq 31 dekabr 2024-cü il tarixində 8 milyard 220 milyon 178 min manat təşkil edib. 2023-cü ilin sonunda Bankın cəmi aktivləri 8 milyard 651 milyon 371 min manata çatmışdı. Ötən il "PAŞA Bank"ın kredit portfeli isə (müştərilərə verilmiş kreditlər) 467 milyon 834 min manat və ya 16,5% artaraq 3 milyard 303 milyon 277 min manata yüksəlib.
Bankın cəmi aktivlərinin azalamsına, əsasən, ticarət və investisiya qiymətli kağızlara investisiyaların, banklar və digər maliyyə institutlarındakı depozitlərin, banklar və digər maliyyə institutlarına verilən kreditlərin azalması səbəb olub. Ötən il "PAŞA Bank"ın ticarət və investisiya qiymətli kağızlara investisiyalar portfeli 163 milyon 733 min manat azalaraq 1 milyard 849 milyon 411 min manata, banklar və digər maliyyə institutlarındakı depozitlər portfeli 206 milyon 415 min manat azalaraq 1 milyard 248 milyon 398 min manata, banklar və digər maliyyə institutlarındakı depozitlər portfeli isə 29 milyon 395 min manat azalaraq 129 milyon 264 min manata düşüb.
2024-cü ildə "PAŞA Bank"ın cəmi depozit portfeeli 525 milyon 119 min manat və ya 7,6% azalaraq 6 milyard 410 milyon 56 min manata geriləyib. Bankda həm fiziki şəxslərin, həm də hüquq şəxslərin depozitləri azalıb. 
Keçən il "PAŞA Bank"ın digər kredit təşkilatları və maliyyə institutları qarşısında öhdəlikləri 39 milyon 918 min manat və ya 6,7% artaraq 638 milyon 252 min manata yüksəlib.

Banklar     Tarix: 16 yanvar 2025

Oxşar xəbərlər

Mərkəzi Bank qiymətlər üzrə proqnozlarını qaldırdı – İllik inflyasiya 6%-ə yüksələ bilər

Azərbaycan Mərkəzi Bankının yenilənmiş may proqnozuna görə 2026-cı il üzrə illik inflyasiya 5.9 faizə yüksəldilib. Halbuki, 2026-cı ilin ilk fevral iclasında bu rəqəm 5.5 faiz təşkil edirdi. xəbər verir ki, 2027-ci il üzr

Mərkəzi Bank faizlə bağlı nə qərar verəcək?

Azərbaycan Mərkəzi Bankı 6 may 2026-cı il tarixində uçot dərəcəsi ilə bağlı ilin üçüncü qərarını açıqlamağa hazırlaşır. xəbər verir ki, qərarın gün ərzində press-reliz formasında yayımlanması, daha sonra isə AMB sədrini

Birbank-dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus qazanmaq şansı əldə edin

Ölkənin ilk rəqəmsal bankı Birbank, müştərilərini sevindirməyə davam edir. İndi nağd krediti onlayn əldə etmək yalnız vaxta qənaət deyil, həm də minlərlə bonus qazanmaq fürsətidir. Birbank-ın 1 may-16 iyun tarixlərini əhat

Mərkəzi Bank valyuta əməliyyatlarının aparılması qaydalarında dəyişiklik edib

Azərbaycan Mərkəzi Bankı rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının aparılması qaydalarında dəyişiklik edib. Dəyişikliklər əsasən xaricə edilən avans ödənişləri ilə bağlı tələbləri əhatə edir. xəbər verir ki

"Global Finance" ABB-ni yenidən ölkə üzrə "İlin ən yaxşı bankı" seçdi

Dünyanın məşhur "Global Finance" jurnalı "İlin ən yaxşı bankı" mükafatının qaliblərini müəyyənləşdirib. ABB son 6 ildə 4-cü dəfə ölkə üzrə "İlin ən yaxşı bankı" seçilib. ABB bu mükafata mənfəətliliyinə

PAŞA Bank "Caspian Agro Week" və "InterFood Azerbaijan" sərgilərinin rəsmi bank tərəfdaşı olub

Ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu ("Caspian Agro Week") və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan"

Expressbankda Beynəlxalq Talassemiya Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib

Expressbankda növbəti dəfə könüllü qanvermə aksiyası təşkil olunub. 8 May – Beynəlxalq Talassemiya Günü münasibətilə Bankın Baş Ofisində baş tutan aksiyanın əsas məqsədi talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkə

Mərkəzi Bank: Lombardlarla bağlı normativ-hüquqi baza razılaşdırılır

Azərbaycanda lombardlarla bağlı normativ-hüquqi baza razılaşdırma mərhələsindədir. Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib. "Bu sektora da tənzimləmə gətiriləcək

ABB-nin Özbəkistan bankının nəzarət səhm paketini alması üzrə əqdin dəyərinin 100 milyon dollardan çox olacağı proqnozlaşdırılır

ABB səhmdarlarının qərarı ilə Özbəkistanın "Davr Bank"ından nəzarət səhm paketinin alınması barədə razılıq əldə olunub. Müqaviləyə əsasən, ABB bankın 51%-ni əldə etməyi planlaşdırır. Bunu bu gün keçirilən mətbua


iqtisadi xeberler iqtisadiyyat xeberleri valyuta xeberleri 1000 manatla biznes en son xeberler