"PAŞA Bank" "Analytics Zone" təlim düşərgəsinə qeydiyyatı açıq elan edir
®Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" ali təhsil müəssisələrinin sonuncu kurs bakalavr, magistr tələbələri, eləcə də 2022-ci və 2023-cü illərin universitet məzunları üçün "Analytics Zone" adlı təlim düşərgəsinin qeydiyyatına start verib.
"PASHA Bank Talent Academy" tərəfindən keçirilən təlim düşərgəsinin əsas məqsədi bank sektorunda karyera inkişafı arzulayan şəxsləri dəstəkləmək, eyni zamanda analitika üzrə mütəxəssislər yetişdirmək və bu dinamik sahəyə marağı artırmaqdır.
Bu proqram çərçivəsində "PAŞA Bank"ın ekspert təlimçiləri analitika sahəsindəki ən son alətlər, texnikalar və yenilikləri iştirakçılarla bölüşəcəklər. İştirakçılar 2 aylıq təlim proqramında "Anderraytinq", "Kredit risklərinin idarə edilməsi", "Kredit monitorinqi" və əlavə bir çox mövzu üzrə bilik və təcrübə qazanacaqlar. Təlimlərdə vacib qərarlar qəbul etmək, həmçinin biznesin böyüməsinə təkan vermək üçün məlumatları təhlil etmək və praktiki bacarıqlar qazanmaq mümkün olacaq.
Həmçinin təlim düşərgəsində aktiv iştirak edən və imtahanları uğurla başa vuran iştirakçılar arasında seçilmiş namizədlər "PAŞA Bank"da xüsusi hazırlanmış proqram üzrə işlə təmin olunma şansını əldə edəcəklər.
Müsabiqədə iştirak üçün bu linkə daxil olub qeydiyyatdan keçə bilərsiniz. / banker.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Dünyanın əh bahalı brendləri - TOP-10
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Whatsapp biznesin üstünlükləri nələrdir?
SMM nədir?
"Freelance" nədir?