"PAŞA Bank" "Best Private Bank 2024" mükafatına layiq görülüb

®Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" növbəti beynəlxalq nailiyyətə imza atıb. Belə ki, Bank "Global Finance" nəşrinin keçirdiyi "World"s Best Private Banks" müsabiqəsində "Best Private Bank in Azerbaijan 2024" nominasiyasında qalib gəlib.
Artıq 9-cu dəfə keçirilən müsabiqə çərçivəsində müxtəlif seqmentlərdə təmsil olunan bankların fəaliyyəti "Global Finance" nəşri tərəfindən hərtərəfli təhlil edilərək, qiymətləndirilir. Bu mükafat bankların fəaliyyətinin dayanıqlı inkişaf prinsiplərinə, beynəlxalq standartlara uyğun aparılmasına, innovativ məhsul və xidmətlərin tətbiqinə və digər nailiyyətlərə görə təqdim olunur.
"PAŞA Bank"ın idarə heyətinin sədri Cavid Quliyevin sözlərinə görə, bu nüfuzlu mükafat Bankın Azərbaycanda özəl bankçılıq seqmentinin inkişafı istiqamətində atdığı addımların doğruluğunun və bu sahədə əldə edilmiş müvəffəqiyyətlərin beynəlxalq ekspert cəmiyyəti tərəfindən növbəti bir təsdiqidir.
"2010-cu ildən etibarən "PAŞA Bank" bu seqmentdə beynəlxalq təcrübəni tətbiq edir, müştərilərə üst səviyyə xidmət və premium məhsulları, o cümlədən Azərbaycanda və ölkə xaricində investisiya, sərvətin idarə edilməsi, hər bir müştəri üçün risk profilinə uyğun xüsusi hazırlanmış xidmətləri ilə bazarda daim seçilir. Hesab edirəm ki, bu beynəlxalq mükafatın alınmasını yalnız "PAŞA Bank"ın deyil, müştərilərimizin də uğuru olaraq qiymətləndirə bilərik. Fürsətdən istifadə edib, "Best Private Bank in Azerbaijan 2024" mükafatının alınması münasibətilə müştərilərimizi və tərəfdaşlarımızı Bankın kollektivi və öz adımdan təbrik edirəm", – deyə, C. Quliyev vurğulayıb.
Qeyd edək ki, 2022-ci ildə "PASHA Private Banking" Azərbaycanda ilk dəfə olaraq yeni Sərvətin idarəolunması məhsulunu təqdim edib. Belə ki, bu məhsul sayəsində "PASHA Private Banking"in peşəkar mütəxəssisləri zəngin təcrübələri əsasında müştərilərin istək və tələbləri dərin təhlil edilir və sərvətinin artırılması üçün xüsusi uzunmüddətli strategiyalar hazırlanır. Əlavə olaraq, müştəri məmnuniyyəti və rahatlığının artırılması üçün bu il müştərilərə yeni "Rəqəmsal filial" xidməti təklif olunub. Artıq müştərilər dünyanın istənilən nöqtəsindən "PASHA Private Banking"də təqdim olunan məhsul və xidmətlərindən rahat şəkildə istifadə edə bilərlər.
Zəngin məhsul çeşidi ilə yanaşı, "PASHA Private Banking" müştərilərə spesifik maliyyə vəziyyətini, risklərə dayanıqlılığını və uzunmüddətli hədəflərini müəyyən etməklə, məsləhət xidmətlərini təqdim edir. Eyni zamanda "PASHA Private Banking" müştərilərin məqsədlərinə uyğun olan qeyri-maddi sahələrdə, xüsusilə nüfuzlu xarici universitetlərdə təhsil üzrə öz dəstəyini göstərir. Belə ki, biliklərə və təcrübəyə əsaslanaraq, "PASHA Private Banking" mütəxəssisləri Bankın tərəfdaş şəbəkəsi daxilində beynəlxalq universitetlərdə təhsil imkanlarının təhlilində və qabaqcıl təhsil ocaqlarına qəbul prosesində məsləhət xidmətlərini təqdim edirlər. "PASHA Private Banking"də təqdim olunan bütün məhsul və xidmətləri ilə tanış olmaq üçün bu linkə keçid edin.
Xatırladaq ki, ötən illərdə də "PAŞA Bank" özəl bankçılıq sahəsində qazandığı uğurları ilə beynəlxalq işgüzar nəşrlər tərəfindən mükafatlandırmışdır. Belə ki, 2018-ci ildə Bank "Global Finance", 2015 ildə isə "World Finance" nəşri tərəfindən "Best Private Bank" adına layiq görülmüşdür. Həmçinin "PAŞA Bank"ın törəmə bankı "PAŞA Bank Georgia" 2014-cü ildə "World Finance" nəşri tərəfindən eyni mükafata layiq görülmüşdür. / banker.az

Banklar     Tarix: 31 oktyabr 2023

Oxşar xəbərlər

"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®

"Yapı Kredi Bank Azərbaycan" QSC Hüquq Büro xidmətinin alımı üçün tender açıq elan edir. Tenderə müraciət edilməsi üçün şikrətlər aşağıdakı şərtlərə uyğun gəlməli və qeyd edilən sənədləri qapalı zərfdə "Yap

Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT )öhdəliklərinin kapitala nisbəti ilə bağlı üç hədd müəyyən edilib. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentini

"Moody’s" Azərbaycan bankları regionda geosiyasi risklərə ən az məruz qalan banklardır

Azərbaycan bankları Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında geosiyasi risklərə ən az məruz qalan banklardır. Bu barədə "Moody"s"in son hesabatında qeyd olunub. Reytinq agentliyinin məlumatına görə

"AFB Bank"da 6 ayda işçi sayı 57 nəfər artıb

"AFB Bank"ın işçi heyəti ilin ilk yarısında 57 nəfər artıb. xəbər verir ki, cari ilin yanvar-iyun aylarında bankın işçi heyətinin sayında artım dinamikası qeydə alınıb. Məlumata əsasən, 2026-cı ilin 1 yanvar tarixind

AMB maliyyə qruplarına da nəzarət edəcək

Azərbaycan Mərkəzi Bankının (AMB) ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarının da fəaliyyətinə nəzarət etməsi nəzərdə tutulur. xəbər verir ki, bu, "Mərkəzi Bank" haqqında qanund

ABB İnnovasiya Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə etdi

ABB İnnovasiya şirkəti Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə edib. Bu status şirkətə texnoloji məhsulların inkişafı, kommersiyalaşdırılması, eləcə də yerli və qlobal bazarlarda təqdim edilməs

ABB Maliyyə Qrupunun tərkibinə keçdikdən sonra Davr Bankın beynəlxalq reytinqləri yüksəldi

Davr Bankın əsas nəzarət-səhm paketinin ABB-yə keçməsindən sonra Bankın beynəlxalq reytinqləri yüksəlməyə başlayıb. S&P beynəlxalq reytinq agentliyi Davr Bankın uzunmüddətli kredit reytinqini B pilləsindən B+ pilləsin

İrlandiyadan Azərbaycana pul köçürmələri 7 dəfədən çox artıb

2026-cı ilin ilk 6 ayında xaricdən Azərbaycana fiziki şəxslərin göndərdiyi pul baratlarının ümumi məbləği 40.2% artaraq 748.46 milyon dollara çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 533.96 milyon dollar təşkil etmişdi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®

Bütün dünyada bankların müxtəlif istiqamətlər üzrə nailiyyətlərini qiymətləndirən "Global Finance" jurnalı "Dünyanın ən yaxşı rəqəmsal bankları 2026" mükafatlarının qaliblərini elan edib. ABB Azərbayca


iqtisadi xeberler en son xeberler pul qazanmaq biznes ideyalari online pul qazanmaq