"PAŞA Bank" "Best Private Bank 2024" mükafatına layiq görülüb

Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" növbəti beynəlxalq nailiyyətə imza atıb.
Bankın yaydığı məlumatda bildirilir ki, Bank "Global Finance" nəşrinin keçirdiyi "World"s Best Private Banks" müsabiqəsində "Best Private Bank in Azerbaijan 2024" nominasiyasında qalib gəlib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Artıq 9-cu dəfə keçirilən müsabiqə çərçivəsində müxtəlif seqmentlərdə təmsil olunan bankların fəaliyyəti "Global Finance" nəşri tərəfindən hərtərəfli təhlil edilərək, qiymətləndirilir. Bu mükafat bankların fəaliyyətinin dayanıqlı inkişaf prinsiplərinə, beynəlxalq standartlara uyğun aparılmasına, innovativ məhsul və xidmətlərin tətbiqinə və digər nailiyyətlərə görə təqdim olunur.
"PAŞA Bank"ın idarə heyətinin sədri Cavid Quliyevin sözlərinə görə, bu nüfuzlu mükafat Bankın Azərbaycanda özəl bankçılıq seqmentinin inkişafı istiqamətində atdığı addımların doğruluğunun və bu sahədə əldə edilmiş müvəffəqiyyətlərin beynəlxalq ekspert cəmiyyəti tərəfindən növbəti bir təsdiqidir.
"2010-cu ildən etibarən "PAŞA Bank" bu seqmentdə beynəlxalq təcrübəni tətbiq edir, müştərilərə üst səviyyə xidmət və premium məhsulları, o cümlədən Azərbaycanda və ölkə xaricində investisiya, sərvətin idarə edilməsi, hər bir müştəri üçün risk profilinə uyğun xüsusi hazırlanmış xidmətləri ilə bazarda daim seçilir. Hesab edirəm ki, bu beynəlxalq mükafatın alınmasını yalnız "PAŞA Bank"ın deyil, müştərilərimizin də uğuru olaraq qiymətləndirə bilərik. Fürsətdən istifadə edib, "Best Private Bank in Azerbaijan 2024" mükafatının alınması münasibətilə müştərilərimizi və tərəfdaşlarımızı Bankın kollektivi və öz adımdan təbrik edirəm", - deyə, C. Quliyev vurğulayıb.
Qeyd edək ki, 2022-ci ildə "PASHA Private Banking" Azərbaycanda ilk dəfə olaraq yeni Sərvətin idarəolunması məhsulunu təqdim edib. Belə ki, bu məhsul sayəsində "PASHA Private Banking"in peşəkar mütəxəssisləri zəngin təcrübələri əsasında müştərilərin istək və tələbləri dərin təhlil edilir və sərvətinin artırılması üçün xüsusi uzunmüddətli strategiyalar hazırlanır. Əlavə olaraq, müştəri məmnuniyyəti və rahatlığının artırılması üçün bu il müştərilərə yeni "Rəqəmsal filial" xidməti təklif olunub. Artıq müştərilər dünyanın istənilən nöqtəsindən "PASHA Private Banking"də təqdim olunan məhsul və xidmətlərindən rahat şəkildə istifadə edə bilərlər.
Zəngin məhsul çeşidi ilə yanaşı, "PASHA Private Banking" müştərilərə spesifik maliyyə vəziyyətini, risklərə dayanıqlılığını və uzunmüddətli hədəflərini müəyyən etməklə, məsləhət xidmətlərini təqdim edir. Eyni zamanda "PASHA Private Banking" müştərilərin məqsədlərinə uyğun olan qeyri-maddi sahələrdə, xüsusilə nüfuzlu xarici universitetlərdə təhsil üzrə öz dəstəyini göstərir. Belə ki, biliklərə və təcrübəyə əsaslanaraq, "PASHA Private Banking" mütəxəssisləri Bankın tərəfdaş şəbəkəsi daxilində beynəlxalq universitetlərdə təhsil imkanlarının təhlilində və qabaqcıl təhsil ocaqlarına qəbul prosesində məsləhət xidmətlərini təqdim edirlər. "PASHA Private Banking"də təqdim olunan bütün məhsul və xidmətləri ilə tanış olmaq üçün bu linkə keçid edin.
Xatırladaq ki, ötən illərdə də "PAŞA Bank" özəl bankçılıq sahəsində qazandığı uğurları ilə beynəlxalq işgüzar nəşrlər tərəfindən mükafatlandırmışdır. Belə ki, 2018-ci ildə Bank "Global Finance", 2015 ildə isə "World Finance" nəşri tərəfindən "Best Private Bank" adına layiq görülmüşdür. Həmçinin "PAŞA Bank"ın törəmə bankı "PAŞA Bank Georgia" 2014-cü ildə "World Finance" nəşri tərəfindən eyni mükafata layiq görülmüşdür. / marja.az

Banklar     Tarix: 31 oktyabr 2023

Oxşar xəbərlər

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri


iqtisadi xeberler bank faizleri dollar məzənnəsi birbank biznes krediti