PAŞA Bank-dan sahibkarlar üçün yeni kredit kampaniyası
®"PAŞA Bank" sahibkarlar üçün yaz mövsümünə özəl yeni kredit kampaniyasına start verib. 17 aprel tarixindən etibarən 1 ay müddətində onlayn biznes kreditləri üzrə 2% faiz endirimi tətbiq olunur.
Kampaniya çərçivəsində sahibkarlar 250,000 AZN-dək girovsuz biznes kreditlərini əvvəlki 13% əvəzinə 11%-dən başlayan faizlə tam onlayn şəkildə əldə edə bilərlər.
Bu təklif sahibkarlara maliyyə imkanlarını genişləndirmək, xərclərini optimallaşdırmaq və bizneslərini daha çevik idarə etmək imkanı yaradır. Kampaniya 15 may tarixinədək qüvvədədir və mikro, kiçik və orta bizneslər, eləcə də fərdi sahibkarlar üçün nəzərdə tutulub.
Kredit məhsulu "PAŞA Bank Biznes platforması" və mobil tətbiq vasitəsilə tam rəqəmsal, sürətli və əlavə maliyyə təhlili olmadan təqdim olunur. Ətraflı məlumat üçün təqdim olunan linkə keçid edə bilərsiniz.
"PAŞA Bank" beynəlxalq maliyyə nəşri International Investor Magazine tərəfindən 2026-cı il üzrə "Azərbaycanın ən yaxşı bankı" və "Azərbaycanın ən yaxşı KOS bankı" adına layiq görülüb.
Bank son illərdə Euromoney və Global Finance kimi nüfuzlu beynəlxalq nəşrlər tərəfindən bir sıra mükafatlarla təltif olunub. Eyni zamanda, Stevie Awards tərəfindən "İlin şirkəti" nominasiyasında "Gold Stevie" mükafatını qazanan ilk Azərbaycan bankı olub. / banker.az

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Cash Back nədir?
IBAN nədir?
ƏDV geri al və onun üstünlükləri
Proqramçılar üçün TOP-5 Freelance sayt