PAŞA Bank ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF) beynəlxalq maliyyə əməkdaşlığını müzakirə edib

PAŞA Bank ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF) beynəlxalq maliyyə əməkdaşlığını müzakirə edib®PAŞA Bankın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF) iştirak edib və "Beynəlxalq maliyyə əməkdaşlığı: artım naminə tərəfdaşlıqların qurulması" mövzusunda panel müzakirəsində çıxış edib.
Prezident İlham Əliyevin himayəsi altında 25–26 sentyabr tarixlərində Bakıda keçirilən forum beynəlxalq investorları, dövlət qurumlarını, şirkətləri və maliyyə institutlarını bir araya gətirərək Azərbaycanın investisiya imkanlarının təqdim edilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün platforma yaradır.
Panel müzakirəsinin ilk hissəsində qlobal maliyyə mühiti və onun regiona təsiri, infrastruktur və sənaye layihələrinin maliyyələşdirilməsində beynəlxalq kapitalın rolu, inkişaf bankları və investorların iştirakı, eləcə də kredit reytinqlərinin investor etimadına təsiri müzakirə olunub. Panelin ikinci hissəsi Azərbaycanın regiondakı strateji mövqeyinə həsr edilib.
Bəhruz Nağıyev çıxışı zamanı Azərbaycanda investisiya imkanlarının qiymətləndirilməsi, investor etimadının gücləndirilməsi və özəl sektorun maliyyələşdirilməsində bankların rolu barədə fikirlərini bölüşüb. O qeyd edib ki, yerli və xarici kapitalın bir araya gəlməsi investisiya mühitinin inkişafına və biznes üçün yeni maliyyələşmə imkanlarının formalaşmasına şərait yaradır.
PAŞA Bank 2007-ci ildə yaradılıb və Azərbaycanın aparıcı korporativ maliyyə institutlarından biridir. Bank korporativ və kiçik və orta sahibkarlıq müştərilərinə investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi və digər maliyyə xidmətləri təqdim edir. Bankın əsas fəaliyyət istiqamətlərindən biri qeyri-neft sektorunun inkişafına və real sektorun maliyyə ehtiyaclarının qarşılanmasına töhfə verməkdir. PAŞA Bank Azərbaycandan əlavə, Gürcüstan və Türkiyədə də fəaliyyət göstərir.
Bank son illərdə kapital bazarlarının inkişafını strateji prioritetlərindən biri kimi müəyyənləşdirib. 2026-cı ildə PAŞA Bankın səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) uğurla başa çatıb. IPO çərçivəsində Bank daha geniş investor bazası ilə münasibətlərin inkişaf etdirilməsi və korporativ idarəetmə və şəffaflıq standartlarının daha da gücləndirilməsini hədəfləyib.
2026-cı ilin ilk yarısının nəticələrinə əsasən, PAŞA Bankın konsolidə edilmiş aktivləri 9,98 mlrd AZN, kapitalı isə 1,01 mlrd AZN təşkil edib.
PAŞA Bank ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF) beynəlxalq maliyyə əməkdaşlığını müzakirə edibPAŞA Bank ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF) beynəlxalq maliyyə əməkdaşlığını müzakirə edib/ banker.az

Banklar     Tarix: 26 sentyabr 2026

Oxşar xəbərlər

Əhalinin bank əmanətləri 18,2 milyard manatı keçib, dollarlaşma illik azalıb

Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 2026-cı ilin avqustunda aylıq 315,2 milyon manat və ya 1,8% artaraq 18 milyard 211,9 milyon manata çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə əmanətlər 2 milyar

İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə həm yığımlar, həm də ödənişlər azalıb. Mərkəzi Bankın məlumatlarına istinadən xəbər veri

Əcnəbilərin Azərbaycan banklarındakı depozitləri ₼1.6 mlrd. çatıb, bunun 45%-i manatdadır

Azərbaycanda qeyri-rezident fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 2026-cı ilin avqustunda aylıq 100,2 milyon manat və ya 6,7% artaraq 1 milyard 584,7 milyon manata və ya təqribən 932,2 milyon ABŞ dollarına çatıb

Daşınmaz əmlakın icbari sığortasında yığımlar 38% azalıb, ödənişlər 66% artıb

Daşınmaz əmlakın icbari sığortasında 2026-cı ilin yanvar-avqust aylarında kəskin əks istiqamətli dinamika qeydə alınıb. Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, bu sığorta növü üzrə ödənişlər 1 milyon 784,

Bankların əmanət sahiblərinə faiz ödənişləri 1 milyard manata yaxınlaşdı

Azərbaycan bank sektorunun 2026-cı ilin yanvar–avqust ayları ərzində depozitlər üzrə faiz xərcləri 827 milyon 500 min manatdan 995 milyon manata yüksəlib. Bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasınd

Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 6.5%, yuxarı həddi isə 7.5% səviyyəsində sabit saxlanılıb. Faiz dəhlizinin aşağı həddi isə 0.5 faiz bəndi azaldılaraq 5% səviyyəsində müəyyə

İkinci kart almaq istəyənlərə PİS XƏBƏR: Bank kartları ilə bağlı yeni məhdudiyyət – ikinci kart verilməyəcək

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. Məlumata görə, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlar

Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım

Azərbaycan bank sektoru 2026-cı ilin yanvar–avqust aylarını mənfəətin əhəmiyyətli artımı ilə başa vurub. Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında hesablayıb ki, bankların 2026-cı ilin ilk 8 ayında əldə etdiklər

Xaricə gedənlərin sığortasına 712 min manat ödənilib - Səyahət sığortası üzrə ödənişlər 78% artıb

Xaricə səfər edən vətəndaşların sığortası üzrə həm yığımlarda, həm də ödənişlərdə yüksək artım qeydə alınıb. Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-avqustunda səyahət sığortası üzrə ödənişlə


iqtisadi xeberler biznes krediti bitcoin qiymeti bitkoin almaq bitcoin