"PAŞA Bank" ilk rübə 51 mln. manatlıq xalis mənfəət açıqladı
"PAŞA Bank" ASC 2024-cü ilin birinci rübü ərzində 51.12 mln. manat üzərində xalis mənfəət əldə edib ki, bu da onu ölkənin cari ilin ilk rübündə üçüncü ən böyük xalis mənfəət əldə edən bankı edir.
Banker.az bunu bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.
Bank öncəki ilin müvafiq dövründə 42.23 mln. manatlıq xalis mənfəət əldə etmişdi ki, bu da cari ili öncəki ildən 21% daha yaxşı nəticəyə nail olması deməkdir.
Korporativ bankın faiz gəlirləri ilk üç aya 121.91 mln. manat, qeyri-faiz gəliri 74.19 mln. manat olub ki, bu da cəmi gəlirlərin 196.1 mln. manat olması deməkdir. Bankın 2023-cü ilin eyni dövründəki cəmi gəlirləri 130.49 mln. manat olmuşdu.
Bank 2024-cü ildə əldə etdiyi xalis mənfəətdən dövlətə 19.82 mln. manat mənfəət vergisi ödəyib.
İlk rübdəki xalis mənfəətdən sonra bankın bölüşdürülməmiş mənfəətinin həcmi 479.32 mln. manata yüksəlib.
Bankın cəmi aktivlərinin həcmi cari ilin əvvəli ilə müqayisədə 1.1% artaraq 8.747 mlrd. manat olub.


Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb
ABB partnyorları ilə görüş ®
Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar
"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub
Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb
Türk İnkişaf Bankı yaradıla bilər
Dizaynerlər üçün TOP-5 Freelance sayt
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Onlayn biznes növləri
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri