"PAŞA Bank" IPO-dan sonra səhmdar strukturunu açıqlayıb

"PAŞA Bank" ASC-nin nizamnamə kapitalında "PAŞA Holding" MMC-yə məxsus olmuş 56,8195%-lik səhm paketi "PAŞA Maliyyə Holdinqi" MMC-yə ötürülüb.
Marja.az xəbər verir ki, bu barədə "PAŞA Bank"ın əhəmiyyətli payın əldə edilməsi və özgəninkiləşdirilməsinə dair açıqlamasında bildirilir.
Məlumata görə, 56,8195%-lik payın "PAŞA Maliyyə Holdinqi" MMC-yə ötürülməsi 12 may 2026-cı il tarixində baş tutub. Bank bildirib ki, payların ötürülməsindən və "PAŞA Bank" ASC-nin səhmlərinin ilkin kütləvi təklifi — IPO prosesinin başa çatmasından sonra bankın səhmdar strukturu yenidən formalaşıb.
Hazırda "PAŞA Bank"ın səhmdar strukturu belədir:
- "PAŞA Maliyyə Holdinqi" MMC – təxminən 53,97%
- "Bless" MMC – təxminən 26,77%
- Arif Mir Cəlal oğlu Paşayev – təxminən 9,5%
- Mir Camal Hafiz oğlu Paşayev – təxminən 4,76%
- Bakı Fond Birjasında sərbəst tədavüldə olan səhmlər üzrə digər fiziki və hüquqi şəxslər – 5%
Beləliklə, "PAŞA Maliyyə Holdinqi" MMC 53,97%-lik payla "PAŞA Bank"ın ən iri səhmdarıdır.

Banklar     Tarix: 06 oktyabr 2026

Oxşar xəbərlər

Azərbaycanda daşınar əmlak üzrə reyestrə müraciətlər artır

Azərbaycanda daşınar əmlak üzərində yüklülüklərlə bağlı dövlət reyestrinə daxil edilən bildirişlərin sayı 2026-cı ilin ilk 8 ayında 158 485-ə çatıb. Ötən ilin eyni dövründə bu göstərici 115 839 idi. Beləliklə, bildirişləri

SOCAR Green-in layihələri sığortalana bilər

İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC) və Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus "SOCAR Green" MMC bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarını, o cümlədə

"Azər Türk Bank"da sədr müşaviri təyin edildi

Fərid Nadirov "Azər Türk Bank"da yeni vəzifəyə təyin olunub. xəbər verir ki, Fərid Nadirov "Azər Türk Bank" ASC-də İdarə Heyəti sədrinin Biznes və Strateji Tərəfdaşlıqlar üzrə müşaviri vəzifəsinə təyi

Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır

Oktyabrın 9-da, saat 18:00-da "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmlərinin 51 %-nə nəzarət etdiyi Özbəkistanın "Davr Bank"ının səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığınca

Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ

Aylıq gəlirinizdən müəyyən məbləği kənara qoyursunuz. Bir müddət sonra yığımınız formalaşır. Pulunuzu xərcləmək istəmirsiniz, amma onu sadəcə saxlamaq da sizə kifayət etmir. Bu zaman sizi sadə bir sual düşündürür: "Bə

AccessBank-ın tərəfdaşlığı ilə "VətəndəSƏN" II Qarabağ Təhsil Forumu keçirilib

Xankəndi şəhərində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə "VətəndəSƏN" II Qarabağ Təhsil Forumu keçirilib. Forum AccessBank-ın tərəfdaşlığı, "Karabakh Training Center" və "World"

ABB-də daha bir baş direktor təyinatı

ABB-də rəhbər vəzifəyə daha bir təyinat olub. Bankın Ofis rəhbəri Mehmet Ali Savaş ABB-nin Baş direktoru təyin edilib. xəbər verir ki, Mehmet Ali Savaş Türkiyənin Işık Universitetində Management Information Systems ixtisas

Texnologiyada qadın gücü: Bir "Ctrl is hers" qalibləri üçün təlimlərə başlayıb

Bir ekosisteminin qadınların texnologiya sahəsində bilik və bacarıqlarını inkişaf etdirməsinə və bu istiqamətdə karyera imkanları qazanmasına dəstək məqsədilə həyata keçirdiyi "Ctrl is hers" proqramında 66 iştirakç

Əhalinin kredit borcu 21 milyard manata yaxınlaşıb – Bir ildə 2,45 milyard manat artıb

Azərbaycanda ev təsərrüfatlarına verilmiş kreditlərin həcmi artmaqda davam edir. Azərbaycan Mərkəzi Bankının "Statistik bülleten 08/2026" hesabatına istinadən xəbər verir ki, 2026-cı ilin avqust ayının sonunda bankla


iqtisadi xeberler telefonla pul qazanmaq biznes qurmaq bitcoin avtomobil xeberleri