"PAŞA Bank" "Parla" yay təcrübə proqramına start verib
®Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" növbəti ödənişli yay təcrübə proqramına qeydiyyatı açıq elan edib. 3 ay davam edəcək proqramda sonuncu kurs və magistr tələbələri həmçinin 2022-2023-cü illərin bakalavr məzunları iştirak edə biləcəklər.
"Parla" yay təcrübə proqramı çərçivəsində iştirakçılar maliyyə, marketinq, insan resursları, komplayns, hüquq, data, "agile" idarəetmə, rəqəmsal mühəndislik sahələrində təcrübə əldə edəcəklər.
Proqramın əsas məqsədi gənc kadrları korporativ mühitlə yaxından tanış edərək, onların peşəkar inkişafına dəstək verməkdir.
Təcrübə proqramını uğurla bitirən məzunlar karyeralarına "PAŞA Bank"da davam etmək imkanı əldə edəcəklər.
Qeydiyyatdan keçmək istəyənlər ətraflı məlumat üçün internship.pashabank.az saytına keçid edə bilərlər. / banker.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Dünyanın ən zəngin idmançıları
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
1000 manatla hansı biznesi qurmaq olar?
Bitcoin necə işləyir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt