PAŞA Bank qlobal maliyyənin əsas toplantısında – 17-ci dəfə iştirak edir

PAŞA Bank qlobal maliyyənin əsas toplantısında – 17-ci dəfə iştirak edirKonfrans global banklararası maliyyə kommunikasiya şəbəkəsi SWIFT tərəfindən təşkil olunur. Tədbir dünyanın aparıcı banklarını, maliyyə institutlarını, texnologiya şirkətlərini, tənzimləyiciləri və digər maliyyə bazarı iştirakçılarını bir araya gətirən qlobal platformalardan biridir. Bu il ilk dəfə Mayamidə keçirilən konfransın əsas mövzusu "Digital finance for AI-driven economies" ("Süni intellekt əsaslı iqtisadiyyatlar üçün rəqəmsal maliyyə") olaraq müəyyənləşdirilib.
Dörd gün davam edən tədbir çərçivəsində 500-dən çox ekspertin iştirakı ilə 250-dən artıq sessiyanın keçirilməsi nəzərdə tutulub. 2026-cı ilin proqramında süni intellekt və innovasiyalar əsas mövzulardan biri kimi önə çıxır. Bununla yanaşı, ödənişlər, qiymətli kağızlar və valyuta bazarları, ticarətin maliyyələşdirilməsi, ESG, rəqəmsal aktivlər, kibertəhlükəsizlik, məlumatların idarə edilməsi, rəqəmsal transformasiya və maliyyə sektorunda dayanıqlılıq məsələləri geniş müzakirə olunur.
"PAŞA Bank"ın İdarə Heyətinin üzvü və baş maliyyə inzibatçısı Murad Süleymanovun sözlərinə görə, SIBOS 2026 maliyyə sektorunda süni intellekt və rəqəmsal texnologiyaların yaratdığı yeni imkanların müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır.
"SIBOS qlobal maliyyə sektorunun aparıcı institutlarını, texnologiya şirkətlərini və qərarvericilərini bir araya gətirən ən mühüm beynəlxalq platformalardan biridir. PAŞA Bankın artıq 17-ci dəfə burada təmsil olunması bizim beynəlxalq tərəfdaşlıqlara verdiyimiz önəmin və qlobal maliyyə mühitində fəal iştirakımızın göstəricisidir. Bu il də əsas məqsədimiz mövcud tərəfdaşlarla əməkdaşlığı daha da möhkəmləndirmək, yeni əlaqələr qurmaq, yeni biznes və müştəri imkanlarını müəyyənləşdirməkdir. SIBOS-da qurulan əlaqələrin real dəyərini onların müştərilərimiz üçün yaratdığı imkanlarda görürük.  Bu, "Customer First" yanaşmamızın əsas xəttidir. Tərəfdaşlıqlarımız və beynəlxalq imkanlarımız vasitəsilə müştərilərimizə daha geniş seçimlər, çevik həllər və daha yaxşı təcrübə təqdim etmək əsas prioritetdir ." – deyə Murad Süleymanov bildirib.
PAŞA Bankın SIBOS-da iştirakı Bankın beynəlxalq maliyyə icması ilə əlaqələrinin inkişaf etdirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və qlobal maliyyə ekosistemində baş verən texnoloji dəyişikliklərin yaxından izlənilməsi baxımından əhəmiyyət daşıyır. Bank təmsilçiləri bu mötəbər konfransda artıq 17-ci dəfə iştirak edir. / marja.az

Banklar     Tarix: 30 sentyabr 2026

Oxşar xəbərlər

Rusiya Azərbaycana nağd rubl çıxarılmasını məhdudlaşdırır – 1 milyonluq limit

Rusiya fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan (20 min manat) artıq nağd Rusiya valyutası aparmasına məhdudiyyət tətbiq edib. Yeni qayda Avrasiya İqtisadi İttifaqına üzv ölkələri, Tacikistanı və Özbəkistanı da əhat

Təyyarə sığortasında 587 min manatlıq ödəniş

2026-cı ilin ilk 8 ayında hava nəqliyyatı vasitələrinin sığortası üzrə 586,6 min manat sığorta ödənişi həyata keçirilib. Marja xəbər verir ki, Mərkəzi Bankın məlumatlarında 2025-ci ilin eyni dövrü üzrə bu sığorta sinfind

Məhdudiyyətlər ölkədaxili nağdsız kart ödənişlərinin həcmini azaldıb - 24 milyon manatlıq geriləmə

Azərbaycanda ödəniş kartlarının sayı 23 milyona yaxınlaşıb. 2026-cı ilin Avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı 22 milyon 974 min ədəd olub. 2025-ci ilin avqustunda göstərici 21 milyon 129 min ədə

"Meqa Həyat Sığorta" yığımlarını təxminən ikiqat artırıb

"Meqa Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–avqust aylarında yığımlarda bazarın ən yüksək artım templərindən birini nümayiş etdirib. Azərbaycan Mərkəzi Bankının operativ məlumatları əsasında hesablayıb ki, şirkə

Qazaxıstan dollar depozitləri üzrə maksimal faizi qaldırır

Qazaxıstan oktyabrın 1-dən xarici valyutada olan bəzi əmanətlər üzrə maksimal faiz dərəcəsini artıracaq. Qazaxıstan Əmanətlərin Sığortlanaması Fondunun məlumatına istinadən xəbər verir ki, dəyişiklik 12 aydan artıq müddət

Yaşam sığortasında ödənişlər yığımları keçib– 562 milyon manata çatıb

Azərbaycanda həyatın yaşam sığortası üzrə sığorta ödənişləri 2026-cı ilin yanvar-avqust aylarında kəskin artıb. Azərbaycan Mərkəzi Bankının operativ məlumatlarına istinadən xəbər verir ki, cari ilin ilk 8 ayında həyatın yaşa

Mərkəzi Bank şəbəkə təhlükəsizliyi üçün 2.3 milyon manat xərcləyəcək

Mərkəzi Bank şəbəkə təhlükəsizlik avadanlıqlarının satınalınması üzrə tenderə yekun vurub. xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı şəbəkə təhlükəsizlik avadanlıqlarının satın alınması ilə bağlı keçirdiy

Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Rabitəbank korporativ sosial məsuliyyət strategiyası çərçivəsində ətraf mühitin qorunması və ekoloji maarifləndirmənin təşviqi istiqamətində növbəti təşəbbüsünü həyata keçirib. Azərbaycan Respublikasının Ekologiya və Təbi

ABB "Davr Bank"ın rəhbərliyini yenidən formalaşdıracaq

Oktyabrın 9-da ABB-nin 51%-nə nəzarət etdiyi Özbəkistanın "Davr Bank"ının səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.   xəbər verir ki, yığıncağın gündəliyinə bankın adının dəyişdirilməsi, Müşahid


iqtisadi xeberler valyuta xeberleri biznes xeberleri iqtisadiyyat xeberleri kripto