"PAŞA Bank" "Talassemiyasız həyat naminə" devizi ilə qanvermə aksiyası keçirib
®Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası çərçivəsində növbəti dəfə ənənəvi könüllü qanvermə aksiyasını həyata keçirib.
"Talassemiyasız həyat naminə" devizi ilə baş tutan aksiya 22 may 2025-ci il tarixində Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankı ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Aksiyanın əsas məqsədi cəmiyyətin diqqətini irsi qan xəstəliklərinə, xüsusilə də talassemiyaya yönəltmək, bu xəstəliklərlə mübarizə aparan insanlara dəstək göstərmək və ölkədə könüllü donor mədəniyyətini təşviq etmək olub. Qanvermə tədbiri "PAŞA Bank" ofisində keçirilib və bankın rəhbər heyəti ilə yanaşı, bir çox əməkdaş aksiyada könüllü donor kimi iştirak edərək sosial məsuliyyət nümunəsi göstəriblər.
"PAŞA Bank" gələcəkdə də bu kimi təşəbbüsləri davam etdirərək, sağlam və dayanıqlı cəmiyyətin qurulmasına töhfə vermək əzmindədir. / banker.az

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Ən çox gəlir gətirən onlayn bizneslər
Biznes təlimlər və tədris üsulları
Mcdonalds françayzinqi neçiyədir?