"PAŞA Bank" xalis mənfəətini 50 milyon manata yaxın artırb

"PAŞA Bank" ASC 2023-cü ili 199 milyon 209 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 149 milyon 394 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "PAŞA Bank"ın xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 49 milyon 815 min manat və ya 33,3% artıb.
GƏLİRLƏRİ ARTIB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Marja.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2023-cü ildə "PAŞA Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri)  669 milyon 696 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 377 milyon 318 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 292 milyon 378 min manat təşkil edib. Bnak əməliyyat mənfəətindən 36 milyon 162 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 57 milyon 8 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə "PAŞA Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 497 milyon 974 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 285 milyon 166 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 212 milyon 808 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 14 milyon 59 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmış və 49 milyon 255 min manat mənfəət vergisi ödəmişdi.
2023-cü ildə "PAŞA Bank"ın faiz gəlirləri 43,5% artaraq 448 miylon 411 min manat, qeyri-faiz gəlirləri isə 19,2% aratraq 221 milyon 285 min manat təşkil edib. 
BANK BÖYÜYÜB
2023-cü ildə "PAŞA Bank"ın cəmi aktivləri 131 milyon 557 min manat və ya 1,5% artaraq 31 dekabr 2023-cü il tarixində 8 milyard 651 milyon 371 min manata çatıb. Bankın kredit portfeli isə (müştərilərə verilmiş kreditlər) 107 milyon 379 min manat və ya 3,9% artaraq 2 milyard 835 milyon 443 min manata yüksəlib. 
DİGƏR BANKLARADA BÖYÜK MƏBLƏĞDƏ DEPOZİT YERLƏŞDİRİB
Ötən il "PAŞA Bank" qiymətli kağızlara investisiyalarını 267 milyon 601 min manat artıraraq 2 milyard 13 milyon 144 min manata, digər banklar və maliyyə institutlarındakı depozitlərini isə 861 milyon 208 min manat və ya 2,5 dəfə artıraraq 1 milyard 454 milyon 813 min manata çatdırıb. 
2023-cü ildə "PAŞA Bank"da depozitlər 69 milyon 144 min manat və ya 1% azalaraq 6 milyard 935 milyon 175 min manata düşüb. O cümlədən, fiziki şəxslərin depozitləri 65 milyon 227 min manat artaraq 1 milyard 633 miylon 931 min manata yüksəlib, hüquqi şəxslərin depozitləri isə 134 milyon 371 min manat azalaraq 5 milyard 301 milyon 244 min manata geriləyib.
MƏCMU KAPİTALI ARTIB
31 dekabr 2023-cü il tarixində "PAŞA Bank" 757 milyon 430 min manat məcmu kapitala malik olub. Bank 2022-ci ilin sonunda 550 milyon 710 min manat məcmu kapitala malik idi.

Banklar     Tarix: 13 yanvar 2024

Oxşar xəbərlər

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA

"Bank Respublika" ASC və "Access Bank" QSC-nin səhmdarları "Bank Respublika"nın "Access Bank"ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər

Bu müəssisələrin rəqabətli neytrallığı qiymətləndiriləcək – Dövlət bankları istisnadır

Azərbaycanda dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallıq prinsiplərinin tətbiqi qiymətləndiriləcək və bu sahənin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. xəbər verir ki, bu, Prezident İlham Əliyevi

Mərkəzi Bankında departamentin adı dəyişdirilib, yeni şöbə yaradılıb

Azərbaycan Mərkəzi Bankının (AMB) Bazar davranışlarının tənzimlənməsi departamentinin adı Bazar davranışlarına nəzarət və tənzimləmə departamentinə dəyişdirilib. Məlumaat görə, yeni departementin direktoru da əvvəlki kim

"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək

"Bank Respublika" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 19 oktyabr 2026-cı il saat 12:00-da Bankın Bakı şəhəri, Xaqani küçəsi 21 ünvanında yerləşən Baş Ofisində keçiriləcək

ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı

ABB Maliyyə Qrupu ilə Özbəkistanda fəaliyyət göstərən Davr Bank kommersiya bankı arasında əqdin bağlanması prosesi uğurla tamamlanıb. ABB-yə istinadən xəbər verir ki, əqd 10 sentyabr 2026-cı il tarixində Daşkənd Fond Birjasınd

BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) biznes kreditləri verməsi daha çox təşviq ediləcək. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor

Enerji xərclərinizi "Unibank"la azaldın

Evinizdə və ya biznesinizdə enerji xərclərini azaltmaq istəyirsiniz? "Unibank" enerji effektivliyi layihələri üçün yeni güzəştli kredit imkanı təqdim edir. Bank Enerji Effektivliyi Fondunun vəsaiti hesabına bu layihələr

Azərbaycan banklarına "Moody"s"dən müsbət qiymət: Sistem riskləri azalıb

"Moody"s" Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib. "Moody"s Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib

Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar

Azərbaycanın turizm xidmətləri üzrə dövriyyəsi 2026-cı ilin ilk altı ayında illik müqayisədə 14,7% azalaraq 1,4 milyard dollar təşkil edib. Buna baxmayaraq, ölkənin turizm xidmətləri üzrə gəlirləri xərclərini üstələyib v


iqtisadi xeberler internetden pul qazanmaq biznes krediti depozit faizleri valyuta kurslari