PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır®PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur.
Regionun inşaat sektorunun aparıcı biznes platformalarından biri olan Xəzər İnşaat Həftəsi yerli və beynəlxalq şirkətləri, investorları və sənaye mütəxəssislərini bir araya gətirir. Tədbir inşaat, bərpa və yenidənqurma, mühəndislik sistemləri və yol infrastrukturu sahələrində yeni texnologiyaların, innovativ həllərin və əməkdaşlıq imkanlarının təqdim olunması üçün mühüm platforma rolunu oynayır.
Bu il Xəzər İnşaat Həftəsi çərçivəsində 31-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi – "BakuBuild", 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı Sərgisi – "Rebuild Garabagh" və 18-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su Təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi – "Aquatherm Baku" təşkil olunur. Həmçinin eyni tarixlərdə 14-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi – "Road & Traffic" keçirilir.
Tədbirin rəsmi bank tərəfdaşı olan PAŞA Bank sərgi iştirakçılarına və ziyarətçilərə biznesin maliyyələşdirilməsi, müasir maliyyə həlləri və rəqəmsal bankçılıq xidmətləri barədə məlumat təqdim edir. Bankın nümayəndələri sərgi çərçivəsində şirkətlərlə görüşlər keçirərək onların maliyyə ehtiyaclarını, biznesin inkişaf perspektivlərini və potensial əməkdaşlıq imkanlarını müzakirə edirlər.
PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdırXəzər İnşaat Həftəsi çərçivəsində təşkil olunan "Qarabağın dirçəlişində gənclər: təşəbbüslər və imkanlar" adlı panel müzakirəsində PAŞA Bankın İnsan Resursları üzrə Baş Direktoru Zibeydə Hacıyeva da çıxış edib. O, Qarabağda sahibkarlığın və insan kapitalının inkişafına dəstəyin Bankın fəaliyyətində mühüm yer tutduğunu vurğulayıb.
"Qarabağın bərpası və inkişafı prosesində özəl sektorun fəal iştirakı xüsusi əhəmiyyət daşıyır. PAŞA Bank olaraq biz də bu istiqamətdə müxtəlif təşəbbüslər həyata keçiririk. Dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində Qarabağda 70-ə yaxın kiçik və orta sahibkara dəstək göstərmiş, onların biznes və idarəetmə bacarıqlarının inkişafı üçün təlimlər təşkil etmişik. Eyni zamanda, Qarabağ Universiteti ilə əməkdaşlığımız çərçivəsində yüksək nəticələrlə universitetə qəbul olunan tələbələri kompüter avadanlıqları ilə təmin etmişik. Məqsədimiz bölgədə sahibkarlığın inkişafına, insan kapitalının gücləndirilməsinə və Qarabağın dirçəlişinə davamlı töhfə verməkdir", – deyə Zibeydə Hacıyeva bildirib.
PAŞA Bankın Xəzər İnşaat Həftəsi ilə tərəfdaşlığı Bankın real sektorun inkişafına dəstək göstərmək, sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək və müxtəlif sənaye sahələrində fəaliyyət göstərən bizneslər arasında əməkdaşlığı təşviq etmək istiqamətində həyata keçirdiyi fəaliyyətin davamıdır.
Qeyd edək ki, PAŞA Bank korporativ, kiçik və orta biznes müştərilərinə geniş çeşiddə maliyyə xidmətləri, o cümlədən investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi və aktivlərin idarə olunması üzrə həllər təqdim edir.
Bank 2026-cı ildə beynəlxalq maliyyə nəşri "International Investor" tərəfindən "Azərbaycanın ən yaxşı bankı" və "Azərbaycanın ən yaxşı KOS bankı" mükafatlarına layiq görülüb. Həmçinin "Euromoney" nəşrinin "Awards for Excellence 2026" mükafatları çərçivəsində "Azərbaycanın iri korporativ biznes üçün ən yaxşı bankı" seçilib. / banker.az

Banklar     Tarix: 16 oktyabr 2026

Oxşar xəbərlər

2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?

Bir çox şirkətlərdə yeni 2027-ci il üçün büdcələmə perioduna girib və növbəti ilin xərclərinin planlaşdırılması dövrü başlayır. Bu mərhələ şirkətlər üçün yalnız maliyyə prioritetlərini müəyyənləşdirmək deyil, həm də əməkdaşla

ABB-nin aldığı "Davr Bank"da rəhbərlik dəyişib, yeni ad təsdiqlənib

ABB-nin nəzarət paketini aldığı Özbəkistanın "Davr Bank"ında Müşahidə Şurasının bütün tərkibi dəyişdirilib, İdarə Heyətinə isə ABB-nin iki nümayəndəsi sədr müavini təyin olunub. Səhmdarlar bankın adının "AB

"Bank of Baku" 9 aya 36% böyüdü – mənfəət 27 milyon manata çatdı

"Bank of Baku" ASC-nin aktivləri 2026-cı ilin ilk 9 ayında 413,84 milyon manat və ya 35,9% artaraq 1 milyard 566,32 milyon manata çatıb. banka istinadən xəbər verir ki, bankın xalis mənfəəti isə ötən ilin müvafi

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

"Morgan Stanley" IPO-lardan qazanıb, "BlackRock"un aktivləri $15,5 trilyona çatdı

ABŞ-da üçüncü rüb üzrə hesabat mövsümündə iri maliyyə şirkətlərinin nəticələri fərqli mənzərə yaradıb. "Morgan Stanley" ilkin kütləvi səhm təkliflərinin (IPO) fəallaşmasından və ticarət gəlirlərinin artmasında

Hökumət 2030-cu ilədək dolları 1.7 manat səviyyəsində götürüb – Proqnoz açıqlandı

İqtisadiyyat Nazirliyinin 2027–2030-cu illər üzrə makroiqtisadi proqnozlarında manatın ABŞ dollarına qarşı məzənnəsi dəyişməz — 1 dollar üçün 1,70 manat səviyyəsində nəzərdə tutulub. xəbər verir ki, bu fərziyyə dövlət v

Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb

"Atəşgah Həyat" Sığorta Şirkətinin baş direktoru Şəfəq Həsənova Özbəkistanın "ABB Davr Bank"ının Müşahidə Şurasının müstəqil üzvü seçilib. xəbər verir ki, qərar bankın səhmdarlarının oktyabrın 9-da keçirilə

"Bank VTB (Azərbaycan)" 9 ayı 7.7 milyon manat mənfəətlə tamamladı

"Bank VTB (Azərbaycan)" 2026-cı ilin yanvar-sentyabr aylarını 7 milyon 678 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövründə bankın xalis mənfəəti 10 milyon 490 min manat təşkil etmişdi. bu barəd

Bankların doqquz aylıq xalis mənfəəti 1,08 milyard manata çatıb

Azərbaycanda renkinqə daxil edilən 21 bank 2026-cı ilin yanvar-sentyabr aylarında ümumilikdə 1 milyard 81,79 milyon manat xalis mənfəət əldə edib. xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 170,51 milyon mana


iqtisadi xeberler bu gunun xeberleri dollar məzənnəsi rubl mezenne en son xeberler